/ / MDU-da “Rusiya ilə Azərbaycan arasında sosiomədəni əlaqələrin inkişafında Azərbaycan diasporunun rolu” mövzusunda dissertasiya müdafiə olunub
MDU-da “Rusiya ilə Azərbaycan arasında sosiomədəni əlaqələrin inkişafında Azərbaycan diasporunun rolu” mövzusunda dissertasiya müdafiə olunub
09.10.2015 [10:08]
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Şuvalov korpusunda tarix fakültəsinin aspirantı Ülkər Mehdiyevanın “Rusiya ilə Azərbaycan arasında sosiomədəni əlaqələrin (2003-2010-cu illər) inkişafında Azərbaycan diasporunun rolu” mövzusunda dissertasiya müdafiəsi olub. Dissertasiya işinin elmi rəhbəri tarix elmləri namizədi, dosent Aleksey Vlasov, opponentləri RF Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) Postsovet Araşdırmaları Mərkəzinin direktoru, professor Stanislav Çernyavski və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Povoljye Mərkəzinin elmi işçisi Stanislav Pritçindir.
Dissertasiya işində RF-də Azərbaycan diasporunun təşəkkülünün tarixi, müasir mərhələdə diasporun fəaliyyəti nəzərdən keçirilib. Y.Mehdiyeva öz çıxışında qeyd edib ki, rus dili və Azərbaycanın Rusiya imperiyasının və SSRİ-nin tərkibində olması ilə şərtlənmiş müştərək tarix Rusiya ilə Azərbaycan arasında sosiomədəni sahədə qarşılıqlı fəaliyyətin etibarlı təməlidir.
Dissertant vurğulayıb ki, həm iki ölkənin dövlət siyasəti, həm də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, Heydər Əliyev Fondu, Ümumrusiya Azərbaycanlılar Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və digər qeyri-hökumət və ictimai təşkilatların fəaliyyəti möhkəm humanitar əlaqələr yaranmasına kömək edir.
Yaxın xarici ölkələr tarixi kafedrasının müdiri, professor, Rusiya EA müxbir üzvü Yefim Pivovar Ü.Mehdiyevanın araşdırmasını yüksək qiymətləndirərək, onun seçdiyi mövzunun aktuallığını qeyd edib. Y.Pivovar deyib: “Bu, Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq kontekstində Azərbaycan diasporu mövzusuna həsr edilmiş ilk elmi işdir. Tədqiqatda azərbaycanlıların əsas ictimai qurumlarının fəaliyyəti, diasporun sıx birləşməsində onların rolu öz əksini tapıb. Bir fakt xüsusilə qiymətlidir ki, dissertasiya işi diasporların öyrənilməsi üzrə laboratoriyanın fəaliyyət göstərdiyi Yaxın xarici ölkələr tarixi kafedrasında hazırlanıb”.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev qeyd edib ki, dissertasiyada ÜAK-ın tarixi və fəaliyyəti tam həcmdə əks olunub, zəngin faktoloji materialdan istifadə edilib. İ.Hacıyev çıxışının sonunda deyib: “Bu iş ilk növbədə bizim təşkilat üçün çox əhəmiyyətlidir. Ülkər Mehdiyevanın sayəsində bu gün Azərbaycanın səsi Rusiyanın birinci ali məktəbində eşidilir. Bu, bizim qürur hissi keçirməyimiz üçün sanballı əsasdır”.
Azərbaycanın RF-dəki səfirinin müavini Qüdsi Osmanov vurğulayıb ki, dissertasiya işi ən yüksək səviyyədə yerinə yetirilib. Bu, çox cəhətdən onun sayəsində mümkün olub ki, Ü.Mehdiyeva Azərbaycan diasporunun həyatında fəal iştirak edir. Diplomat deyib: “İşdə, o cümlədən, regionlardakı Azərbaycan diasporunun fəaliyyətindən bəhs edilməsi ona xüsusi əhəmiyyət verir. Bundan əlavə, azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyası mövzusuna toxunulur. Əlbəttə, bizim diasporun hələ həll etməli olduğu müəyyən problemlər var. Tədqiqatda bu məsələ barədə də qeyd edilib, lakin bu qeydlər çox incə və diplomatik tərzdə qələmə alınıb. Biz gənclərimizin Ülkər kimi nümayəndələri ilə fəxr edirik, çünki məhz onların uğurlu fəaliyyəti güclü Azərbaycan diasporunun rəhnidir”.
Dissertasiya müdafiəsinin nəticələrinə əsasən, MDU-nun tarix fakültəsinin ümumdünya tarixi üzrə Şurası tərəfindən Ülkər Mehdiyevaya tarix elmləri namizədi alimlik dərəcəsi verilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

