Dövlət Sosial Müdafiə Fondu tərəfindən daha 3 yeni elektron xidmət istifadəyə verilib
17.09.2015 [10:03]
Dünən Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti - “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidmətləri ilə bağlı təqdimat mərasimi keçirib. Mərasimi giriş sözü ilə açan Fondun sədri Elman Mehdiyev bildirib ki, Azərbaycan Republikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə qısa müddət ərzində yeni iqtisadi sistemin qurulmasını təmin edən ciddi islahatların aparılması və çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafına nail olunması nəticəsində bütün istiqamətlər üzrə konkret proqramlar icra edilib, əhalinin müxtəlif təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirlər gerçəkləşdirilib.
Qeyd olunan nəticələrin əldə edilməsində ölkənin sığorta-pensiya sisteminin köklü islahatı tədbirləri də mühüm rol oynayıb. Hazırda Azərbaycanda müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur. Bu sahədə görülən işləri məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təyinatının avtomatlaşdırılması, pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması istiqamətində qruplaşdırmaq olar.
Daha sonra Dövlət Sosial Müdafiə Fondunun sədri E.Mehdiyev vurğulayıb ki, “Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin 8 ayı ərzində Fondun öz saytı, “Elektron hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 mln 800 mindən çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıqdır. Ən çox müraciət olunan elektron xidmətlər sırasında məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi, sığortaolunanın onlayn uçota alınması, sığortaolunanlara məlumatların verilməsi, sığortaedənin uçot nömrəsinin öyrənilməsi və sosial sığorta müavinətlərinin ödənişi sahəsindəki elektron xidmətlər yer alıb. Cari il ərzində bir sıra yeni elektron xidmətlər də əhalinin istifadəsinə veriləcək və həmin xidmətlərlə bağlı işlər yekunlaşmaq üzrədir.
Daha sonra Fond sədri ictimaiyyətə təqdim olunan “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” adlı yeni xidmətlər barədə məlumat verərək vurğulayıb ki, bu elektron xidmətlər vasitəsi ilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu, eləcə də sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmətlərin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin və itkisinin aradan qaldırılmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.
Sonra DSMF-nin şöbə müdiri Nigar Pənahova ictimaiyyətə təqdim olunan yeni 3 elektron xidmət barədə məlumat verərək bildirib ki, bu xidmətlər interaktiv olmaqla yanaşı, xidmətlərdən istifadə ödənişsizdir. Təqdimat mərasimində “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidmətlərinin üstünlükləri barədə məlumat verilib. Bu xidmətlərdən istifadə kağız daşıyıcılarından istifadə ilə yanaşı vaxt itkisinin aradan qalxmasına, eyni zamanda, şəffaflığın təmin olunmasına gətirib çıxaracaq. Tədbirdə DSMF-nin yeni elektron xidmətlərindən istifadə qaydaları da nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

