Təhsil ekspertləri və QHT nümayəndələri ADİU-da imtahan sessiyasının gedişini izləyiblər
28.05.2015 [11:03]
Mayın 27-də təhsil üzrə ekspertlər və QHT nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yaz imtahan sessiyasının gedişini izləyiblər.
Prosesdə Əməkdar elm xadimi, professor, təhsil üzrə ekspert Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Hüseyn İbrahimov iştirak ediblər.
Professor Şahlar Əsgərovun fikrincə, ADİU-da imtahan prosesi çox proqressiv və liberal dəyərlər istiqamətində təşkil edilib. İstər test, istərsə də yazılı imtahanlarda tətbiq edilən yenilikləri müsbət dəyərləndirən professor tələbələrin çox sərbəst olduqlarına diqqət çəkib: “Onlara imtahan prosesi ilə bağlı suallar verdim, sistemdən çox məmnun idilər. Biz, adətən, tələbələrin imtahana ürək döyüntüsü ilə getdiklərini görmüşük. Bu gənclər isə çox rahat və yüksək əhval-ruhiyyədə idilər”.
“XXI əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev bildirib ki, ADİU-da təkcə tədris yox, həm də elmin inkişafına böyük diqqət yetirilir: “Tələbələrlə söhbət edərkən gördük ki, onlar imtahan prosesinin şəffaflığını yüksək qiymətləndirirlər. İmtahan zallarındakı müşahidələrimiz bizə onu söyləməyə əsas verir ki, tətbiq edilən yeni imtahan sistemi, eyni zamanda, yazılı imtahanların təşkili, həmçinin, nəzarət mexanizmi tələbələrin uğurlu nəticələr göstərmələrinə imkan yaradır. Əminəm ki, bir neçə ildən sonra monitorinq aparılsa, bu tədris prosesini keçən gənclərin böyük əksəriyyətinin əmək bazarında işlə təmin olunduqlarının şahidi olacağıq. Bu ali məktəbdə kadr hazırlığı istiqamətində aparılan işlər, gənc, istedadlı alimlərin müəllim kimi işə qəbul olunmaları da təqdir olunmalıdır. Bugünkü müşahidələrimizdən gördük ki, ADİU-da təhsil mühitinin yaxşılaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində qısa bir vaxtda xeyli işlər görülüb”.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev ADİU-da tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi, elmi mühitin gücləndirilməsi, tələbə-müəllim münasibətlərinin yaxşılaşdırılması haqqında müsbət fikirlər səsləndirib.
İnternet Forumunun prezidenti Osman Gündüz ADİU-da aparılan innovasiyaları yüksək qiymətləndirib.
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da imtahanları izlədikdən sonra Azərbaycanda arzuladığımız ali təhsil mühitinin formalaşmasına çox sevindiyini bildirib. Təhsil sistemindəki yeniliklərdən danışan İ.Orucov bütün bunların Azərbaycanın gələcəyinə hesablanmış islahatlar olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

