Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gənclərdə elmə marağın artması Azərbaycanın gələcəyi üçün çox vacibdir

Gənclərdə elmə marağın artması Azərbaycanın gələcəyi üçün çox vacibdir

15.04.2015 [10:48]

Aprelin 14-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının tələbə elmi cəmiyyətinin (TEC) illik konfransı işə başlayıb. Tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilib.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov konfransın əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb.
Rektor Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkədə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını bildirib.
S.Seyidov gənclərdə elmə marağın artmasının Azərbaycanın gələcəyi üçün çox vacib olduğunu vurğulayıb. İnkişafın zəncirvarı fəlsəfəsinin əsasını elmin təşkil etdiyini deyən rektor konfransın təşkilatçılarına təşəkkürünü bildirib. Tələbələrə tövsiyələrini verən rektor konfransın maraqlı, əhəmiyyətli və dəyərli keçəcəyinə əminliyini ifadə edib.
Plenar iclasda tələbələrin “Xarici dilin tədrisində rəqəmsal sinfin əhəmiyyəti”, “Azərbaycanın xarici siyasətində gənclərin rolu”, “Təqdimatın qiymətləndirilməsi meyarı” və “Pedaqoji proses və şəxsi əmək - şəxsiyyəti formalaşdıran amil kimi” mövzularında məruzələri dinlənilib.
Sonra konfransın gedişatı və strukturu barədə məlumat verilib. Bildirilib ki, 24 bölmədə keçirilən iclaslarda tələbələrin 800-dən çox elmi məruzəsi dinləniləcək, müzakirələr aparılacaq.
Konfransın işi aprelin 16-da yekunlaşacaq.

Paylaş:
Baxılıb: 942 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31