Novruz bayramı Tərtərdə yüksək əhval-ruhiyyə ilə qeyd edilib
19.03.2015 [10:20]
Ölkənin hər yerində olduğu kimi, Tərtər rayonunda da baharın gəlişi münasibətilə silsilə tədbirlər təşkil edilib. Dünən isə Tərtər rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon bayram şənliyi keçirilib.
Rayon rəhbərliyi və qonaqlar, şənlik iştirakçıları əvvəlcə Tərtərin mərkəzindəki meydanda xalqımızın milli adət-ənənələrini özündə əks etdirən xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgiyə baxıb, folklor və rəqs kollektivlərinin çıxışlarını izləyib, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilmiş bayram xonçalarına, milli mətbəximizin dadlı təamlarına qonaq olublar. Rayonun mərkəzi meydanında bayram tonqalı yandırılıb, milli geyimdə olan atlıların, idmançıların nümunəvi çıxışları, qol güləşçilərinin yarışı, pəhləvanların məharəti, Novruzun personajları olan Kosa ilə Keçəlin duzlu, məzəli zarafatları hamıya xoş ovqat bəxş edib.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri və şənlikdə iştirak edən qonaqları Novruz bayramı münasibətilə təbrik edib. İcra Hakimiyyətinin başçısı ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində Ümummilli liderimiz Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirib. O, bu bayramın respublikamızın hər bir guşəsində olduğu kimi, Tərtərdə də böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sahib Alıyev də tərtərliləri Novruz bayramı münasibətilə təbrik edib.
Sonra rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edən idarə, müəssisə işçiləri rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Bayram şənliyi maraqlı konsert proqramı ilə davam edib. Əməkdar artist Gülüstan Əliyevanın və “Kür” ansamblının rəngarəng musiqi nömrələri hər kəsin ürəyincə olub.
NADİR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

