Şabran rayonunda cıdır yarışları keçirilib
17.03.2015 [09:46]
Şabran rayonunda Novruz bayramına həsr olunan ənənəvi cıdır yarışları keçirilib. Tədbirə qatılan Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov əvvəlcə kənd həyatını tərənnüm edən yuxa, lavaş, qutab bişirən, nehrə çalxalayıb, buğda üyüdən qadınlarla görüşüb.
Bayram tonqalını yandırdıqdan sonra, ötən il keçirilən cıdır yarışının qalibi Azərbaycan himninin sədaları altında üçrəngli bayrağımızı ucaldıb. Daha sonra “Şabran yallısının” sədaları altında cıdır yarışına start verilib.
Cıdır yarışında ümumilikdə iyirmi çapar yarışıb. Beş mərhələdə yarışan çaparlar, hər mərhələdə bir nəfər qalib gəlməklə final oynuna vəsiqə qazanıb. Final oyununda 5 çapar öz məharətini göstərib. Finalda “Tufan” adlı atın çaparı Udlu kənd sakini Husan Əliyev I yerə, Uzunboyad kənd sakini Vüqar Sultanov II yerə, Ağalıq kənd sakini Pərviz Əsgərov III yerə, bir çapar isə IV- həvəsləndirici yerə layiq görülüb. Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov qaliblərə medal, fəxri fərman və qiymətli hədiyyələr təqdim edib. Digər yarış iştirakçılarına RİHB-nin birinci müavini, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov qiymətli hədiyyələr təqdim edib. Yarışın təşkilində yaxından iştirak etdiyinə görə Gəndov və Rəhimli İnzibati Ərazi Dairələrinin nümayəndələri fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Cıdır yarışı zamanı “Xınayaxdı” folklor kollektivi, “Çıraqqala” zurnaçılar ansambalı, “Şabran” rəqs qrupu, pəhlivanlar, müğənnilər- Tamara Muradova, Zəfər, Aşıq Həşim və digər sənətçilər bahar töhfəli mahnıları ilə iştirakçılara xoş ovqat bəxş ediblər.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

