“Dövlət və Din” ictimai fikir toplusu nəşrini bərpa edib
14.02.2015 [10:31]
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusu 2 illik fasilədən sonra nəfis tərtibatda yenidən işıq üzü görüb.
Dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçən elmi jurnalın əsas qayəsi dini dəyərləri və dövlət-din münasibətlərini sağlam mövqedən işıqlandırmaq, ölkəmizdə əsrlərdir mövcud olan və bu gün dünyanın bir çox dövləti üçün nümunə göstərilən tolerantlıq mühitinin, çoxmillətli Vətənimizin birlik və bütövlüyünün zəmanəti olan Azərbaycançılıq məfkurəsinin təbliğidir.
Yeni formatda oxucuların görüşünə gələn toplu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərində yeni inşa edilmiş Heydər məscidinin açılışındakı iştirakı və Milad bayramı ilə əlaqədar Pravoslav xristian icmasına təbriki ilə açılır. Jurnalın “Rəsmi guşə”sində, həmçinin, dövlətimizin başçısının Qanlı Yanvar hadisələrinin 25-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanına etdiyi ziyarət işıqlandırılıb.
Nəşrin yeni sayında ölkəmizdə tarixən mövcud olan tolerantlıq, birgəyaşayış, multikulturalizmin Azərbaycan modelindən geniş danışılıb və dinlərarası münasibətlərdən bəhs edilib. Topluda dinlərin terrorizmlə heç bir əlaqəsinin olmadığı qeyd olunub və müasir terrorçuluğun xarakterik xüsusiyyətləri, nəzəri əsasları barədə mülahizələrə ətraflı yer verilib.
Bundan başqa, oxucular bu sayda akademik Vasim Məmmədəliyevin “Qurani-Kərim”i doğma dilimizə tərcümə edərkən yararlandığı metodlar, İslam dinində ictimai münasibətlərin təkamülü, “Biharul-ənvar” əsərində xariciliyin meydana çıxma səbəbləri, Hilmi Ziya Ülkənin yaradıcılığında sufizm, “Kəşfül-həqayiq” əsərinin tədqiqi, maqların təlimi və “Spinoza fəlsəfəsində cövhərin vəhdəti” kimi maraqlı mövzularla da tanış ola biləcəklər.
Eyni zamanda, bu nömrədə məqalələrdə işlədilmiş dini-fəlsəfi terminlərin izahı ayrıca dərc olunub.
“Dövlət və Din” ictimai fikir toplusunun yenidən işıq üzü görməsinin həm dinşünaslıq və ilahiyyat sahəsi ilə məşğul olan tədqiqatçılar, həm də geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağı, ölkəmizdə maarifləndirmə işinə töhfə verəcəyi şübhəsizdir.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

