Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV Respublika müsabiqəsi başlanıb
13.02.2015 [10:09]
Fevralın 12-də Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.
Müsabiqə Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və İntel İSEF ilə birgə reallaşdırılır.
AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, tanınmış alimlərin, ali məktəb rektorlarının, məktəb direktorlarının, təhsil işçilərinin, mütəxəssislərin, məktəblilərin iştirak etdikləri tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Çıxış edən təhsil naziri Mikayıl Cabbarov müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, intellektual potensialın möhkəmləndirilməsi məhz dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır.
Müasir dünyada elmin, təhsilin önəmli rolundan danışan nazir Azərbaycan Prezidenti İlham Əliyevin bu sahə ilə bağlı imzaladığı sənədlərin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin əhəmiyyətini diqqətə çatdırıb.
Ölkəmizdə təhsil sahəsi üzrə reallaşdırılan tədbirlərdən söz açan M.Cabbarov qeyd edib ki, “Sabahın alimləri” IV Respublika müsabiqəsinin keçirilməsinin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq, onlara elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişləri aşılanmasından ibarətdir. Nazir innovativ fikir yarışması olan bu müsabiqənin gənclərə müxtəlif problemlərin elmi həlli yollarını axtarıb tapmağa kömək edəcəyini xatırladıb.
Bildirilib ki, “Sabahın alimləri” müsabiqəsi hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil edilir.
“Sabahın alimləri” IV Respublika müsabiqəsində 204 şagird 106 elmi layihə ilə iştirak edir. Onlardan 39-u fərdi, 67-si kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə xüsusi qayğı göstərdiyini, Ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirib.
Dövlətimizin başçısının yürütdüyü siyasətin uğurlu nəticələrindən danışan akademik A.Əlizadə bu gün Azərbaycanın dinamik inkişaf etdiyini və dünya ölkələri arasında özünə layiqli yer tutduğunu vurğulayıb.
AMEA-da elmin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən söz açan akademik elm, təhsil üzrə keçirilən müsabiqələrin bu sahəyə yeni töhfələr verəcəyinə inamını ifadə edib.
Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli bildirib ki, müasir dünyada hər bir ölkənin uğurunu bilik, elm və təhsil müəyyən edir. Dövlətin uğurlu gələcəyi cəmiyyətin, xüsusilə gənc nəslin intellektual potensialından asılıdır. Ona görə də hər bir xalq ümidini gənc nəslə bağlayır. Dahi rəhbər Heydər Əliyev gənc nəslin təlim-tərbiyəsinə və bilik səviyyəsinin yüksəldilməsinə daim önəm verərək bugünkü gənc nəslin gələcəkdə Azərbaycanı yüksəklərə qaldıracağına böyük inam göstərib.
A.Kərimli Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın elmin, təhsilin inkişafına göstərdikləri böyük diqqət və qayğıdan danışıb.
“Sabahın alimləri” IV Respublika müsabiqəsinin məktəblilərdə elmə, təhsilə xüsusi maraq doğuracağına əminliyini bildirən A.Kərimli iştirakçılara uğurlar arzulayıb.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsilimizin inkişafında mühüm rolunu vurğulayıblar. Azərbaycan məktəblilərinin beynəlxalq elm yarışlarında iştirakının önəmli olduğunu xatırladan natiqlər onların bu sahədə uğurlar qazanacaqlarına əminliklərini bildiriblər.
İntel Korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva Beynəlxalq Elm və Mühəndislik Sərgisinin şagirdlərin elmə və yeni biliklərə maraqlarının artmasında rolunu qeyd edib.
Müsabiqə fevralın 14 -də başa çatacaq. Sonuncu gün “Açıq qapı” saatı keçiriləcək, şagirdlər və müəllimlərə layihələrlə tanış olmaq imkanı yaradılacaq.
Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal və digər mükafatlar təqdim olunacaq.
Yarışmada qalib gələn üç layihənin müəllifi mayda ABŞ-da keçiriləcək İntel İSEF sərgisində iştirak etmək imkanı qazanacaq.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

