/ / Binəqədi rayon İcra Hakimiyyətində “Sakinlərin Müraciət Xidməti-1646”nın yaranmasından 2 il ötür
Binəqədi rayon İcra Hakimiyyətində “Sakinlərin Müraciət Xidməti-1646”nın yaranmasından 2 il ötür
07.02.2015 [11:08]
Nuridə Allahyarova: İki il müddətində əldə olunan nəticələrin təhlili onu deməyə əsas verir ki, Binəqədi sakinləri bu xidmətdən məmnundurlar
Binəqədi rayon İcra Hakimiyyətində “Sakinlərin Müraciət Xidməti-1646”nın yaranmasından iki il ötür. Bu münasibətlə fevralın 6-da mətbuat konfransı keçirilib. Konfransda çıxış edən rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova deyib ki, 6 fevral 2013-cü il tarixindən rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sərəncamı ilə “Sakinlərin Müraciət Xidməti-1646” (SMX-1646) istifadəyə verilib: “Xidmətin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmətin səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərini keyfiyyətcə yeni müstəviyə çıxarmaq, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir. İki il müddətində əldə olunan nəticələrin təhlili onu deməyə əsas verir ki, Binəqədi sakinləri bu xidmətdən məmnundurlar”.
Daha sonra çıxış edən Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyəti, sakinlərə göstərilən xidmət barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, xidmət eyni zamanda 30 telefon nömrəsindən zəngləri qəbul edə bilir. Anar Səfərli 1646 xidmətinin sürətli kommunikasiya sistemi ilə təmin olunduğunu bildirərək deyib: “Bütün zənglərin qeydiyyatı aparılır. Hətta xətlər məşğul olduqda və vətəndaş əlaqə yarada bilmədikdə dərhal biz özümüz onunla əlaqə saxlayır, problemini öyrənirik”.
Anar Səfərli qeyd edib ki, vətəndaşın şikayət etdiyi dövlət qurumuna xidmət vasitəsilə sms göndərilir və problem təşkilat rəhbərlərinin diqqətinə çatdırılır. Xidmət istifadəyə verildikdən sonra yerli təşkilat və qurumlarda məsuliyyət hissi artıb. Binəqədi rayon İcra Hakimiyyətinin 1646 xidməti yaratmaqla Azərbaycanda ilkə imza atdığını deyən A.Səfərli yaxın vaxtlarda xidmətin fəaliyyətinin genişləndiriləcəyini söyləyib: “Həmçinin, sakinlər elektron formada da müraciət edə bilərlər. Bunun üçün 1646 xidmətinin elektron poçt ünvanı və “Facebook” səhifəsi yaradılıb. 1646 xidməti 24 saat ərzində fəaliyyət göstərir”.
Bildirilib ki, 1646 xidməti fəaliyyətə başladığı gündən 58 mindən artıq müraciət qəbul edib və onların 99 faizi cavablandırılıb. Bu xidmətin fəaliyyətə başlaması nəticəsində yazılı müraciətlərin sayı 20 faiz azalıb.
Sonra KİV nümayəndələri 1646 xidmət mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, xidmətə daxil olan zəngləri, vətəndaşla yaradılan ünsiyyəti canlı izləyiblər.
NADİR
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

