2 Fevral-Gənclər Günü münasibətilə “Təmiz Binəqədi” Gənclər Forumu keçirilib
31.01.2015 [11:49]
Yanvarın 29-da Binəqədi rayonunda 2 Fevral - Gənclər Günü münasibətilə “Təmiz Binəqədi” Gənclər Forumu keçirilib. Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında gerçəkləşən Forumda Binəqədi RİH-in başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, “ASAN xidmət” mərkəzinin İnsan Resursları və Təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, eləcə də, rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak ediblər.
Tədbirdən öncə qonaqlar və forum iştirakçıları Ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısındakı abidəsinin önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev müstəqil dövlət kimi gənclərlə iş sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışıb.
Forum Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, “ASAN xidmət” mərkəzinin İnsan Resursları və Təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev, “ASAN könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və başqalarının çıxışları ilə davam edib.
Binəqədi gənclərinin ötən il qazandıqları uğurlardan bəhs edən videoçarxın nümayişindən sonra Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edib. RİH başçısı gənclər sahəsindəki səmərəli dövlət siyasəti, əsası Ulu öndər tərəfindən qoyulmuş gənclərə diqqət və qayğının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və böyük əzmkarlıqla davam etdirildiyini vurğulayıb. X.İsgəndərov Azərbaycan dövlətinin və ölkə rəhbərinin yaratdığı münbit şəraitdə və qayğı mühitinin əhatəsində hər bir Azərbaycan gəncinin dövlət və cəmiyyət olaraq ölkəmizin mənafeləri naminə öz bilik və bacarıqlarını, yaradıcı potensiallarını nümayiş etdirmələrinin vacibliyini qeyd edib.
Tədbirin sonunda Gənclərin “Təmiz Binəqədi” Təşəbbüs Qrupu yaradılıb və Forum iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

