Xoşbəxti xoşbəxt kimi göstərməyə nail olan film
10.01.2015 [11:33]
Yanvarın 9-da Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş “Fədakar” filminin təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak edib.
İkihissəli bədii-sənədli film Xoşbəxt Yusifzadənin “Ömrün illəri və izləri” kitabı əsasında çəkilib.
Ssenari müəllifi Eldar İskəndərzadə olan bu ekran əsəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişi ilə “SOCAR-Media” İctimai Birliyi tərəfindən istehsal edilib.
Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsi üçün gərgin əmək sərf etmiş görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında ən maraqlı hekayətdir. “Fədakar” filmində adlı-sanlı neftçinin ömrünün maraqlı anları, həyat yolu xronoloji ardıcıllıqla təqdim edilir. Film əfsanəvi Neft Daşlarında, Bakı şəhərinin ayrı-ayrı yerlərində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb.
Filmin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Rafiq Quliyev, məsləhətçisi Xalik Məmmədovdur.
Bakının qədim kəndlərindən olan Pirşağıda, anasının ad günündə dünyaya göz açan Xoşbəxt Yusifzadənin ömür yoluna işıq salan bu ekran əsərində o dövrün ab-havası da öz əksini tapıb. Belə ki, minlərlə xoşbəxt ailələrə qənim kəsilən gözlənilməz həbslər bu ailədən də yan ötməyib. Xoşbəxt dünyanı dərk edib özünü tanıyanda atasını həbs ediblər və o, evini, ailəsini, gül üzlü övladlarını birdəfəlik tərk etməli olub. Xoşbəxt atasını itirsə də özünü itirməyib, gecəsini-gündüzünə qataraq oxuyub, öyrənib, özünü təsdiq etməyi, kim olmasını və nəyə qadir olduğunu sübuta yetirib. Anasının min bir əziyyətlə saxladığı bu ailə ayaqda durmağı bacarıb. Hər zaman birinciliyə can atan Xoşbəxt, həm də el ruhunda köklənib, özünü hər zaman doğulduğu torpağa, yaşadığı məmləkətə, mənsub olduğu millətə borclu bilib.
Tamaşaçı filmə baxdıqca fədakar bir insanın ömür kitabını vərəqləmiş olur. Böyük ustalıqla seçilmiş hər bir detal 85 illik ömrün bütün eniş-yoxuşlarına işıq salır, tamaşaçı fədakarlığın, zəhmətin nəyə qadir olmasının bir daha şahidi olur. Bu, həm də bir həyat hekayəsidir. Ötənlərdən, oxuduqlarımızdan və gördüklərimizdən fərqli olaraq müasirimizin həyat hekayəsi. Burada öyrəniləsi çox şey var. Ən əsas düz yaşamaq, halallığa bağlı olmaq, ucaldıqca, şöhrətləndikcə sadələşmək, təkəbbürdən, kin-küdurətdən, pislikdən uzaq olmaq, seçdiyin peşəni dəyərə mindirmək, ən əsası isə daşıdığın adın mənasını həyatda tapmaq - xoşbəxt olmaq.
Qəhrəmanın həyat yolu və xarakterinə uyğun, heç bir şişirtməyə, pafos və süni müdaxilələrə yol vermədən ekranlaşdırılmış bu filmdə bir insanın körpəliyindən, yeniyetməliyindən, gəncliyindən ahıl dövrünə qədər bütün ömrü boyu onu izləyən məqamlar, mənfi və müsbətindən asılı olmadan bütün detalları ilə öz əksini tapıb. Filmə baxarkən bir daha əmin olursan ki, insanın bütün uğurlarının mayasında çəkdiyi zəhmət dayanır.
Filmdə görkəmli geoloq alimin neft sənayesinin inkişafına verdiyi töhfələr, yeni neft-qaz yataqlarının kəşf olunmasında xidmətləri bir daha diqqətə çatdırılıb.
Bu ekran əsərində həm də bir Azərbaycan kişisinin böyük obrazı canlandırılıb.
Böyük maraqla qarşılanan filmin təqdimatından sonra ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bir daha Xoşbəxt Yusifzadəni təbrik edərək ona uzun ömür, cansağlığı arzulayıb.
Sonra filmin yaradıcı heyətinə ARDNŞ-in fəxri fərmanları təqdim edilib.
Bütün iştirakçılara minnətdarlığını bildirən filmin qəhrəmanı Xoşbəxt Yusifzadə vurğulayıb ki, bu ekran əsərində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən səslənən dəyərli fikirlər əslində bütün neftçilərə ünvanlanıb. Bu, ölkəmizdə neftçilərin əməyinə verilən qiymətin göstəricisidir.
Yaradıcı heyətin işini yüksək qiymətləndirən X.Yusifzadə deyib ki, 2 saatlıq film böyük bacarıq və zəhmətin bəhrəsidir: “Onlar bu filmdə Xoşbəxti xoşbəxt kimi göstərməyə nail olublar”.
Sonda iştirakçılara filmin diski təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

