Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yeri tutub
10.01.2015 [11:30]
Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər (AKTAM) Təşkilatı tərəfindən “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi çərçivəsində aparılan tədqiqat nəticəsində Naxçıvan Dövlət Universiteti (NDU) reytinq cədvəlində birinci yeri tutub, Naxçıvan Müəllimlər İnstitutu isə ilk onluqda yer alıb.
NDU-nun mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, layihəyə əsasən Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəli hazırlanıb, ali məktəblərin fəaliyyəti müqayisəli qiymətləndirilib və bütün bunlara əsasən bu ali təhsil ocağının reytinq cədvəlində birinci yer tutduğu bildirilib.
NDU-da keçirilən tədbirdə universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Saleh Məhərrəmov kollektivi təbrik edərək bu böyük uğuru Azərbaycanda, o cümlədən Naxçıvanda elm və təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının bəhrəsi kimi dəyərləndirib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bilavasitə təşəbbüsü və qayğısı sayəsində universitetin güclü maddi-texniki bazası formalaşıb, dünya standartlarına cavab verən müasir texnologiya və avadanlıqlarla təchiz edilib, tədris korpusları, internet mərkəzləri, fənn kabinələri, laboratoriyalar yaradılıb. Bu gün 10 fakültədə 56 ixtisas üzrə ali təhsil alan 5000-ə yaxın tələbə, magistr və aspirant dəyərli mütəxəssis kimi yetişir.
Məlumat verilib ki, “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində beynəlxalq səviyyədə qəbul olunmuş metodikaya əsasən, respublikanın ali məktəblərində tədrisin keyfiyyətini qiymətləndirmək məqsədilə çoxistiqamətli tədqiqatlar aparılıb, ali məktəblərin milli reytinq cədvəli beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb. NDU bu kateqoriyalardan 799 yekun balla birincilik əldə edib. Bu münasibətlə “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsinin rəhbəri, AKTAM Təşkilatının sədri Natiq Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova məktubla müraciət edib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvan elmi ictimaiyyətinin əksəriyyətinin universitetlə sıx bağlı olduğunu, regionun intellekt potensialı ilə təmin olunmasında, elmi-pedaqoji kadr hazırlığında bu ali məktəbin fundamental baza rolu oynadığını vurğulayıb.
Tədbirdə Naxçıvan Özəl Universitetinin rektoru, pedaqoji elmlər doktoru, professor İsmayıl Əliyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqoji elmlər doktoru, professor Oruc Həsənli, NDU-nun Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev çıxış edərək bildiriblər ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən qayğı nəticəsində təhsil müəssisələrinin fəaliyyəti gücləndirilib, ali təhsil ocaqlarında da tədris müasir tələblər səviyyəsində təşkil olunub.
Sonda NDU-nun inkişaf yolunu əks etdirən slaydlar nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

