/ / “Azərbaycan qadını” jurnalının xüsusi layihəsi ilə “Qadın. Zaman. Məkan” adlı fərdi sərgi açılıb
“Azərbaycan qadını” jurnalının xüsusi layihəsi ilə “Qadın. Zaman. Məkan” adlı fərdi sərgi açılıb
08.01.2015 [09:59]
Yanvarın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda istedadlı rəssam Rəşad Nuriyevin “Qadın. Zaman. Məkan” adlı fərdi sərgisi açılıb. Sərgi Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycan qadını” jurnalının xüsusi layihəsi əsasında reallaşdırılır.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Rəşad Nuriyevin özünəməxsus yaradıcılıq üslubundan söz açıb.
Bildirilib ki, R.Nuriyevin yaradıcılığı kifayət qədər əhatəli və rəngarəngdir. Onun tabloları daim göz oxşayır. Burada rənglərin ahəngdarlığı xüsusən diqqəti cəlb edir. Abşeron torpağına və eləcə də rəssamın özünün təbiətinə xas işıq və nur bu əsərlərdə kifayət qədərdir. Rəssamın yaradıcılığının baş qəhrəmanı qadındır. Bu qadınlar bir tərəfdən çox cazibədardırlar, digər tərəfdən isə qeyri-adi olub real həyatdan çox uzaqdırlar. Bu qadınların hər biri nələrisə anladan simvollardır. Bununla belə, həmin simvollar, eyni zamanda gerçək həyatın izlərini daşıyır.
Fərhad Xəlilov daim yaradıcılıq axtarışında olan rəssama gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən xalq rəssamları Tofiq Ağababayev və Səlhab Məmmədov istedadlı rəssamın yaradıcılığı barədə fikirlərini bölüşüblər.
Vurğulanıb ki, qədim etiqadlara uyğun olaraq rəssam hər bir qadının mayasının torpaqdan, havadan, sudan və oddan yoğurulduğuna inanır. Odur ki, çəkdiyi rəsmlərdəki qadınların da hər birini təbiət aləminin həmin dörd elementi ilə simvolik bağlılıqda əks etdirir. Onun tablolarına baxanda bir daha anlayırsan ki, qadının varlığını, mahiyyətindəki sirri təşkil edən bu dörd ünsürdən başqa həmişə gizli qalan hansısa beşinci element də var.
Azərbaycanın istedadlı gənclərinin əsərlərinin dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə nümayiş olunduğunu diqqətə çatdıran natiqlər bu sahədə gənc rəssam Məryəm Ələkbərlinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Rəşad Nuriyev sərginin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
Təqdim olunan əsərlərdə rəssam qədim dövrlərdən bəri yaşamaqda olan qadın obrazlarına yeni həyat verib canlandıraraq, onları yenidən bizə qaytarır. Vaxtilə qadınların gündəlik həyatlarında mühüm yer tutmuş çətirlər, şlyapalar, fal kartları isə bu obrazları daha dolğun və cazibədar edir. Qadın özü də bir sirr dağarcığı olaraq burada dünyanın və şübhəsiz, ilk növbədə, taleyinin sirrini və mahiyyəti dərk etməyə can atmaqdadır. Bu qadın obrazları konkret bir məkanda təsvir edilsələr də, əslində onlar məkanın hüdudlarını aşıb zamanın fövqünə yüksəlməyə qadirdirlər.
Yanvarın 17-dək davam edəcək sərgi böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48

