Şamaxı barədə geniş bilgilər Bakı məktəblilərində dərin təəssürat yaradıb
15.11.2014 [11:32]
“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakının Nizami və Xəzər rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət daha iki qrup noyabrın 14-də Şamaxıya gəlib.
AzərTAc xəbər verir ki, qrup üzvləri yolüstü Qobustan şəhəri yaxınlığındakı 1402-ci il abidəsi olan “Diri baba” türbəsini ziyarət ediblər. Sonra Şamaxıdakı 743-cü ilin yadigarı Cümə məscidinə gələn məktəblilərə Prezident İlham Əliyevin Sərəncamı ilə əsaslı təmir və yenidənqurma işləri aparılan məscid barədə ətraflı məlumatlar verilib. Xüsusilə 1918-ci ilin martında ermənilər tərəfindən Şamaxıda törədilən qətliamlar, o vaxt Cümə məscidinə pənah gətirən əliyalın insanların, o cümlədən uşaqların, qadınların diri-diri yandırıldıqları yerin nişanələri məktəblilərdə dərin təəssürat yaradıb.
Sonra tur-aksiya iştirakçıları XVIII-XIX əsrlərdə Şamaxı hakimi Mustafa xanın ailə üzvləri üçün tikilən və bu gün dördü salamat qalan Yeddi Günbəz türbələr kompleksində olublar.
Günün ikinci yarısında Şamaxıdakı Heydər Əliyev Mərkəzinə gələn Bakı məktəblilərinə Ulu öndərin həyat və fəaliyyətinə dair çoxsaylı sənədlər barədə məlumat verilib.
Sonra məktəblilər Pirqulu Dövlət Təbiət Qoruğuna, daha sonra isə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına gəliblər. Şamaxı, onun keçmişi, bu günü barədə hərtərəfli bilgilər alan uşaqlar rəsədxananın yaranma tarixi, dünya astrofizika elminə verdiyi töhfələr, burada aparılan elmi tədqiqatlar barədə məlumatları böyük maraqla dinləyiblər.
Məlumat verilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində rəsədxananın fəaliyyəti tamamilə yenilənib, elmi-tədqiqat mərkəzinin maddi-texniki bazası gücləndirilib, rəsədxana müasir avadanlıqlarla təchiz olunub, alimlərin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Axşamüstü məktəblilər İsmayıllıya yola düşüblər.
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41

