“Azərbaycan-Macarıstan mətbəxi” kitabının təqdimatı olub
04.11.2014 [10:02]
Xalqları bir-birinə tanıdan, sevdirən dəyərlərdən biri də mətbəx mədəniyyətidir. Hansı xalqın mətbəxi daha qədim və zəngindirsə onun dünyada daha geniş coğrafiyada tanınmaq şansı da bir o qədər böyükdür. Son illər mətbəx mədəniyyətinin təbliği, tanınması istiqamətində ciddi işlər görülür, festivallar keçirilir, yeni nəşrlər hazırlanır. Bu baxımdan, Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin və Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə çap olunan və noyabrın 3-də təqdimatı keçirilən “Azərbaycan-Macarıstan mətbəxi” kitabı da təqdirəlayiqdir.
AzərTAc xəbər verir ki, kitabın təqdimatı ilə bağlı keçirilən mərasimdə Azərbaycan ilə Macarıstan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdiyi bildirilib, Heydər Əliyev Fondunun beynəlxalq layihələr çərçivəsində Macarıstanda da bir sıra layihələr reallaşdırdığı qeyd olunub, bu il bu ölkədə əlil uşaqlar üçün yeni reabilitasiya korpusunun təməlinin qoyulduğu vurğulanıb.
Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Səfir deyib ki, Azərbaycan və macar dillərində işıq üzü görən nəşrdə hər iki xalqa məxsus milli yeməklər, zəngin mətbəx nümunələri barədə ətraflı məlumatlar verilir.
Azərbaycan mətbəxinə böyük sevgi ilə yanaşdığını deyən diplomat vurğulayıb ki, bu sevgi onu ölkəmizə daha çox bağlayıb.
“Azərbaycanda Macarıstanı yaxşı tanıyırlar”, - deyən səfir qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafı çoxsaylı yüksək səviyyəli səfərlərlə bağlıdır.
Diplomat deyib: “Azərbaycan-Macarıstan mətbəxi barədə ilk kitabı tərtib etmək mənim üçün çətin olmadı. Mən həm yeməyi, həm də bişirməyi xoşlayıram və həmçinin bir-birinə çox yaxın olan Azərbaycan və macar mətbəxini hədsiz dərəcədə sevirəm”.
Səfir kitabın hazırlanmasında böyük dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Tədbirdə ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qonaqlara macar mətbəxi nümunələrinin dadına baxmağı tövsiyə edib və bildirib ki, o özü də Azərbaycan mətbəxinin təamlarından dadacaq.
Azərbaycana beşinci dəfədir ki, səfər etdiyini deyən nazir bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr dinamik inkişaf edir. Ölkələrimizi və xalqlarımızı dostluq münasibətləri bağlayır, bir çox ortaq xüsusiyyətlərimiz var və bu, sevindirici haldır. Macarıstanlı nazir kitabın nəşrini iki ölkə arasında olan dostluq əlaqələrinə töhfə kimi dəyərləndirib və vurğulayıb ki, yeni nəşri oxuyan hər bir kəs hər iki xalqı daha yaxından tanıyacaq və sevəcək.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

