“ADA” Universitetinin professor və tələbə heyəti şərəf andı içib
16.09.2014 [09:48]
Sentyabrın 15-də “ADA” Universitetinin professor və tələbə heyətinin şərəf andı içməsi mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir “ADA” Universitetində təhsil alan 32 ölkənin təmsilçilərinin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.
Tədbirdə “ADA” Universitetinin tələbələri tərəfindən hazırlanan video nümayiş etdirilib. Daha sonra bu il Universitetin həm bakalavr pilləsinə, həm də magistraturaya qəbul olunan yerli və xarici tələbələr, o cümlədən professor və müəllim heyəti şərəf andı içiblər. Onlar “ADA” Universitetinin rektoru Hafiz Paşayev və dekanlar tərəfindən “İnam rəmzi” hesab edilən “ADA” medalları ilə təltif olunublar.
Şərəf Kodeksinin təqdim edilməsi və şərəf andının içilməsi 2010-cu ildən etibarən yeni akademik ilin əvvəlində “ADA” Universitetində keçirilən ənənəvi mərasimdir. Hər il qeyd olunan bu akademik tədbir zamanı tələbələr “ADA” Universitetinin Şərəf Kodeksində əksini tapan öhdəlikləri öz üzərlərinə götürmək və şərəf andını imzalamaq şansı əldə edirlər.
Şərəf Kodeksini imzalamaqla “ADA” Universitetinin yeni tələbələri dərslərinə və təhsil prosesinə məsuliyyətlə yanaşmağa, özlərinə, tələbə yoldaşlarına və professorlara hörmət etməyə, heç bir halda ayrı-seçkiliyə yol verməməyə, eyni zamanda, imtahanlar zamanı köçürmə, akademik layihələr zamanı plagiat kimi hallardan uzaq durmağa söz verirlər.
Bu il “ADA” Universitetinə qəbul olan tələbələrdən 425-i bakalavr, 129-u magistratura proqramlarına daxil olub. Bu il Universitetdə eyni zamanda mübadilə proqramları çərçivəsində əlavə 6 xarici tələbə oxuyacaq.
Tədbir “ADA” Universitetinin rektoru Hafiz Paşayevin nitqi və bu ali təhsil ocağının himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46

