Bakı Atatürk Liseyi yeni tədris ilinə də böyük ruh yüksəkliyi ilə başlayıb
16.09.2014 [09:36]
Ali Devrim: Əsas məqsədimiz şagirdlərimizi müasir dünyanın tələblərinə cavab verən, savadlı, həmçinin, Ümummilli liderimiz Heydər Əliyevin bizlərə tövsiyə etdiyi kimi, azərbaycançılıq ruhunda yetişdirməkdir
“Hər zaman olduğu kimi, bu il də əsas məqsədimiz şagirdlərimizi müasir dünyanın tələblərinə cavab verən, savadlı, Azərbaycan dövlətinə və xalqına layiqli vətəndaş olmaq, həmçinin, Ümummilli liderimiz Heydər Əliyevin bizlərə tövsiyyə etdiyi kimi, azərbaycançılıq ruhunda yetişdirməkdir”. Bunu yeni dərs ilinin başlanması ilə əlaqədər qəzetimizə açıqlamasında Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin direktoru Ali Devrim deyib.
Bu məktəbin rəhmətlik Turan Yazqanın bir yadigarı olduğunu deyən Ali Devrim onun arzularının yaşaması üçün əllərindən gələni etdiklərini bildirib: “Rəhmətlik Turan Yazqan hocamız Bakı Atatürk Liseyinə xüsusi bir önəm verirdi. O, Bakı Atatürk Liseyindən “göz bəbəyim” deyə bəhs edirdi. İnsanlar beyinsiz yaşaya bilmədikləri kimi millətlərin də təhsilsiz var olmaları mümkün deyil. Yəni millətin beyni təhsildir. Bu səbəbdən də təhsilə nə qədər çox önəm verilsə belə yenə də azdır. Təhsil millətin gələcəyidir. Gələcəyimizin var olması üçün mütləq təhsil almaq lazımdır. Biz Bakı Atatürk Liseyi olaraq yetişdirdiyimiz gəncləri Azərbaycanın gələcəyi olaraq görürük. Və bu sahədə əlimizdən gələni etməyə çalışırıq”.
Direktorun sözlərinə görə, 1992-ci ildən Bakıda fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi bu günə qədər öz fəal və bacarıqlı məzunları ilə seçilib. Eyni zamanda, başa çatan tədris ili də bu baxımdan uğurlu və yaddaqalan olub. Belə ki, 2013-2014-cü tədris ilində Bakı Atatürk Liseyindən məzun olan 30 şagirdin hamısı ali məktəblərə qəbul olub: “Məzunlarımızdan 13-ü TQDK-nın imtahanlarında iştirak edib və 400-677 arası bal toplayaraq Azərbaycanın ən yaxşı universitetlərinə qəbul olublar. Bir məzunumuz ABŞ-da təqaüdlə oxuma haqqını qazanıb. Digər məzunlarımız isə Türkiyənin müxtəlif universitetlərində ali təhsil almaq hüququna sahib olublar”.
Məhz bu uğurların fonunda yeni tədris ilinə də böyük ruh yüksəkliyi ilə başladıqlarını deyən direktor “2013-2014-cü tədris ili bitdikdən sonra dərhal 2014-2015-ci tədris ilinin hazırlıqlarına başladıq. Əvvəlcə məktəbimizi təmir etdirdik, çatışmazlıqları aradan qaldırdıq. Siniflərdə elektron lövhələr quraşdırdıq. 2014-2015-ci tədris ilinin planını hazırladıq. Müəllimlərimizin tədris texnologiyası və tədris-təlim metodları haqqında biliklərini yeniləmək məqsədi ilə seminar təşkil etdik”, sözlərini əlavə edib.
Bundan başqa, bu il, eyni zamanda, liseyin məktəbli geyimində də dəyişiklik edilib. Ancaq bu dəyişiklik hələlik ikinci növbə təhsil alan şagirdlərə tətbiq edilib. Gələcəkdə isə məktəbin bütün şagirdlərinin pillə-pillə bu geyim formasına keçəcəyi nəzərdə tutulub.
İkinci növbə təhsildən söz düşmüşkən, direktorun sözlərinə görə, məktəbdə təhsilin iki növbəli olmasının başlıca səbəbi bina problemidir: “Məktəbimizin ən böyük problemi həqiqətən də bina ilə əlaqədardır. Binamızın yetərli olmamasına görə məktəbimizə olan tələbatı qarşılamaqda çətinlik çəkirik. Bildiyiniz kimi, bu səbəbdən məktəbimizdə dərslər iki növbədə keçirilir. Bu isə həm bizlər, həm də şagirdlər üçün çətinliklər yaradır. Şagirdlərimizin daha yaxşı bir binada təhsil almalarını arzu edirik. Bununla əlaqədar işlərimizi davam etdiririk. Təhsil Nazirliyinə də bununla bağlı müraciət etmişik. Bundan əlavə özümüz də yeni bina axtarırıq. Bu il olmasa da, gələcək tədris illərində bu problemimizin həll olunacağına ümid edirik”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50

