Məktəblilər Şəmkir və Göygölə ekskursiyadan məmnun qalıblar
28.08.2014 [09:49]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaya qoşulan Cəlilabad və Biləsuvar məktəbliləri Gəncədən sonra avqustun 27-də Şəmkir və Göygöl rayonlarında olublar.
AzərTAc xəbər verir ki, səhər tezdən Şəmkirə gələn şagirdləri rayonun icra hakimiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri qarşılayıblar. Rayonla tanışlığa orta əsr Şəmkir qalasından başlayan məktəblilərə məlumat verilib ki, Böyük İpək Yolu üstündə yerləşən bu qədim şəhər 2007-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının ərazidə apardıqları qazıntılar zamanı aşkar edilib. Alimlərin araşdırmalarından aydın olub ki, şəhər ərəb, Bizans, Hülakü və Atabəylərdən sonra Rusiya qoşunlarının hücumuna məruz qalıb və dağıdılıb.
Orta əsr Şəmkir qalasının dağıntıları qarşısında xatirə şəkli çəkdirən məktəblilər sonra Heydər Əliyev və Gənclər Mərkəzlərində, bayraq muzeyində, abidələr və istiqlal parklarında, XVIII əsr alman kilsəsində olublar.
Şəmkirlə tanışlıqdan sonra Cəlilabad və Biləsuvar şagirdləri Göygölə səfər ediblər. Burada mehribanlıqla qarşılanan məktəblilər tur-aksiyanı Heydər Əliyev parkından başlayıblar. Parkda Heydər Əliyev, Gənclər və Uşaq-Əyləncə Mərkəzləri , həmçinin qapalı və üstüaçıq idman meydançaları fəaliyyət göstərir ki, bu da gənclərin boş vaxtlarını səmərəli keçirmələri üçün geniş imkanlar açır.
Məktəblilər parkın ərazisini gəzdikdən sonra vaxtilə almanların yaşadıqları və iki əsrdən sonra əsaslı şəkildə təmir edilərək öz əvvəlki görkəminə qaytarılmış küçələri gəziblər, sonuncu alman Viktor Klaynın mənzil-muzeyinə baxıblar.
Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə keçirilən tur-aksiyadan razı qalan Cəlilabad şagirdlərindən ibarət qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti Əminağa İsbarov AzərTAc-a müsahibəsində deyib ki, dövlətimizin başçısı təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərdiyi kimi, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili qayğısına da qalır. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası buna bariz nümunədir. Üç gün ərzində Gəncə, Şəmkir və Göygöldə maraqlı ekskursiyalar keçirdik, bölgənin tarixi yerləri, maddi-mədəniyyət abidələri, eləcə də müasir tikililəri ilə tanış olduq. Biz də, şagirdlər də bu turdan böyük zövq aldıq. Buna görə ölkəmizin rəhbərinə minnətdarıq.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38

