Şəki qədim tariximizin bütün mərhələlərini özündə birləşdirən bənzərsiz diyardır
05.08.2014 [09:39]
“Ölkəmizi tanıyaq” tur-aksiyasının Qubadan olan iştirakçıları respublikamızın şimal-qərb bölgəsinə ekskursiyanın üçüncü günündə, avqustun 3-də Şəkinin qədim tarixi-memarlıq abidələri ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər.
AzərTAc xəbər verir ki, Quba məktəblilərinin Şəki ilə ilk tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarətlə başlanıb. Saray tur iştirakçılarının böyük marağına səbəb olub. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Saray 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Sarayın həyətindəki yaşı 500-ə çatan qoşa Xan çinarları məktəblilərin böyük marağına səbəb olub. Şagirdlərin diqqətinə çatdırılıb ki, iki il əvvəl Şəki xanları sarayının 250 illik yubileyi böyük təntənələrlə qeyd olunub.
Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Tur-aksiyanın iştirakçıları sonra “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində olublar. Məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır.
XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da Quba məktəblilərinin ürəyincə olub. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarayda qalıb, ticarətlə məşğul olublar. Bildirilib ki, hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Hər il bu abidənin həyətində beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir.
Səfər proqramına uyğun olaraq aksiya iştirakçıları daha sonra XIX əsrə aid tarixi-memarlıq abidəsi Şəki Cümə məscidinə və burada fəaliyyət göstərən İslam Mədrəsəsinə baş çəkiblər.
Tur-aksiya iştirakçıları Fazıl kəndində yerləşən və eramızdan əvvəl II minilliyin ikinci yarısına, tunc dövrünə aid olan qədim yaşayış məskəni - Təpəbaşı nekropolu, “Əbədi sükut dünyası” labirinti ilə tanış olublar.
Şəkiyə səfərləri çərçivəsində Quba məktəbliləri Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət ediblər. Qonaqların diqqətinə çatdırılıb ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə aid nümunələr, həyətindəki ilkin orta əsrlərə aid sərdabələr məktəblilərin böyük marağına səbəb olub.
Qədim və müasir Şəki ilə tanışlıq Quba məktəblilərini heyran edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

