“75 illik yubileyim həyatımın ən əlamətdar, ən yaddaqalan günlərindən biri oldu”
07.06.2014 [11:05]
Vaqif Səmədoğlu: Həmişə xalqımı, dövlətimi sevmişəm və dövlətimiz də sağ olsun ki, səhhətimin ağır vaxtında məni heç bir zaman unutmadığını bir daha göstərdi
İyunun 5-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, öz orijinal üslubu ilə Azərbaycan şeirinə yeniliklər bəxş edən, bir sıra dram əsərlərinin və kinossenarilərin müəllifi, Xalq şairi Vaqif Səmədoğlunun 75 yaşı tamam olub. Ədəbiyyatımızda özünəməxsus yeri ilə seçilən Vaqif Səmədoğlu oxucular tərəfindən sevilən və izlənilən qələm sahiblərindəndir. Bədii yaradıcılığa ötən əsrin 60-cı illərində başlayan şairin orijinal üslubu, poetik tapıntıları ilə fərqlənən poeziyası çoxminli oxucuları tərəfindən hər zaman böyük maraqla qarşılanıb. Şairin “Yoldan teleqramlar” adlı ilk kitabı 1968-ci ildə nəşr edilib. Daha sonra “Günün baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada” kitabları işıq üzü görüb.
Xəbər verildiyi kimi, iyunun 5-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 75 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin, həmçinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə Vaqif Səmədoğlunun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılıb. Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, Vaqif Səmədoğlunun yaradıcılığı Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifələrindəndir: “Mən onu uzun illərdir tanıyıram. Tanıdığım üçün xüsusi qeyd etmək istəyirəm ki, Vaqif Səmədoğlu ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə həmişə obyektiv qiymət vermiş və düzgün mövqe tutmuşdur. O, xalqını və Vətənini sevən böyük şəxsiyyətdir. Onun fitri istedadı və təvazökarlığı ictimaiyyət tərəfindən həmişə rəğbətlə qarşılanmışdır”.
Sonra Prezident Administrasiyasının rəhbəri dövlətimizin başçısı İlham Əliyevin yubilyara təbrik məktubunu və Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncamını oxuyub, həmçinin, ali mükafatı yubilyara təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, millət vəkili Nizami Cəfərov və başqaları V.Səmədoğlu haqqında xatirələrini danışıb, şairin yaradıcılığı barədə fikirlərini bildiriblər.
Biz də 75 illik yubileyi münasibəti ilə Xalq şairi ilə əlaqə saxladıq. Prezident İlham Əliyevin Sərəncamı ilə “İstiqlal” ordeni alan və bununla bağlı ilk təəssüratlarını “Yeni Azərbaycan” qəzeti ilə bölüşən Vaqif Səmədoğlu öncə yubiley tədbirindən olduqca razı qaldığını bildirdi. Xalq şairi qeyd etdi ki, səhhəti ilə əlaqədar onun üçün danışmaq çətin olsa da, məhz bu tədbir onu sağalmağa ruhlandırır: “Mən tədbirdə də cənab Prezidentimiz İlham Əliyevə öz təşəkkürümü bildirdim, “Yeni Azərbaycan” qəzeti vasitəsi ilə bir daha təşəkkür edirəm. 75 illik yubileyim mənim həyatımın ən əlamətdar, ən yaddaqalan günlərindən biri oldu. Dövlətimizin diqqəti və qayğısı sayəsində 75 illiyim dövlət səviyyəsində keçirildi. Azərbaycanımızın ən yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif olundum. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev şəxsən özü həmin tədbirdə o ordeni mənə təqdim etdi. Mən də hər zaman Azərbaycan ədəbiyyatı üçün əlimdən gələni eləmişəm, eləyirəm və eləyəcəyəm də. İctimai hadisələrə də öz münasibətimi bildirmişəm. Ölkəmizin qazandığı uğurlar göz qabağındadır. Bir ziyalı, bir qələm adamı kimi hər zaman bu haqda danışmışam. Böyük Hadi demişkən, millətimin imzasının imzalar içində olması məni qürurlandırır. Bu qürur məni yazmağa, yaratmağa ruhlandırıb, yeni-yeni yaradıcılıq uğurlarına imza atmağa vadar edib. Həmişə xalqımı, dövlətimi sevmişəm və dövlətimiz də sağ olsun ki, səhhətimin ağır vaxtında məni heç bir zaman unutmadığını bir daha göstərdi”.
Qəzetimizə açıqlamasında Azərbaycan ədəbiyyatına dövlət qayğısının əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Xalq şairi bu diqqət və qayğının bu gün də yüksək səviyyədə davam etdirildiyini bildirdi: “Ulu öndərimiz deyirdi ki, “ədəbiyyatımız bizim böyük milli sərvətlərimizdən biridir. Biz bununla fəxr etməliyik. Şəxsən mən həmişə belə hesab etmişəm, bu gün də belə hesab edirəm, daim belə düşünəcəyəm”. Ulu öndərin elə bircə bu müdrik kəlamı kifayət edər ki, Heydər Əliyevin Azərbaycan sözünə, bədii sənətinə verdiyi qiyməti anlayaq. Bu gün eyni siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İyunun 5-də keçirilən tədbir də dövlət tərəfindən Azərbaycan sözünə, Azərbaycan sənətinə verilən qiymətin növbəti bariz göstəricisi idi”.
Söhbətimiz zamanı müalicəsini doğma Bakıda davam etdirəcəyini də deyən Vaqif Səmədoğlu Respublika Milli Onkologiya Mərkəzinin həkimlərinin nəzarəti altında olacağını bildirdi: “Müalicəmi Respublika Milli Onkologiya Mərkəzində davam etdirəcəyəm. İsraildən bəzi dərmanlar gətirmişik. İsraildəki həkimlər göstəriş veriblər ki, bu dərmanları Azərbaycanda mənə versinlər. İndi klinikada həmin dərmanlar mənə verilməlidir. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
OKTAY
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

