/ / “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Şəkidə “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirib
“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Şəkidə “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirib
27.05.2014 [09:17]
Mayın 26-da Şəki şəhərində “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, bu, “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsi çərçivəsində keçirdiyi ikinci toplantıdır.
“Dəyirmi masa”nı giriş sözü ilə Şəki şəhər İcra Hakimiyyətinin əməkdaşı Mayis Səlimov açaraq təmsil etdiyi bölgənin azad media dəyərlərinə həmişə böyük önəm verdiyini vurğulayıb. M.Səlimov keçirilən “dəyirmi masa”nın son dərəcə zəruri məqsəd daşıdığını qeyd edib. O deyib ki, mətbuatda ana dilimizin qorunmasına həssas yanaşılması təkcə Azərbaycan dövlətinin deyil, eyni zamanda, ictimai təşkilatların da ümdə vəzifəsidir.
“Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsinin əlaqələndiricisi, “Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə mart-iyun aylarında gerçəkləşdiriləcək layihənin məqsədinin ölkənin mətbuat orqanlarında Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı meylləri müəyyənləşdirməkdən, mövcud problemlər barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdən ibarət olduğunu bildirib. Qeyd edilib ki, bununla mediada ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının səmərəliliyini artırmaq, mənfi cəhətlərin aradan qaldırılmasında ictimai fəallığın yüksəldilməsinə dəstək göstərmək nəzərdə tutulur.
Bildirilib ki, mətbu fəaliyyət dildən istifadə sahəsində ən spesifik məqam kimi diqqəti cəlb etməkdədir. Bu mənada kütləvi informasiya vasitələrində çalışanların ona xüsusi önəm verməsi mühüm əhəmiyyət daşıyır. Layihəmiz də bunun üçün bir çağırışdır, habelə dövlət miqyasında başlanılmış işə dəstəkdir.
Layihənin eksperti qismində çıxış edən “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamından sonra ölkədə ana dilinin işlədilməsi ilə bağlı məsələlərə kifayət qədər həssas yanaşılmağa başlandığını vurğulayıb. Bildirib ki, müvafiq istiqamətdə ictimai təşkilatların üzərinə də böyük missiya düşür. Bu mənada Azərbaycan Mətbuat Şurasının fəaliyyətini xüsusi qeyd etmək istərdim. Qurum ümumən fəaliyyətə başladığı ilk gündən mətbuatımızın bir çox problemləri ilə yanaşı, kütləvi informasiya vasitələrinin dil məsələlərinə də xüsusi diqqət yetirir. S.Verdizadə, eyni zamanda, deyib ki, mətbuatımızda Azərbaycan ədəbi dilinin bütün sahələrinə aid çoxlu miqdarda pozuntu faktları müşahidə etmək mümkündür. Son onilliklərdə cəmiyyətimizin həyatında baş verən ciddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin daxil olması təbii və qanunauyğun haldır. Bu sözlərin çoxuna dilimizin təbii ehtiyacı var. Həm də onların böyük əksəriyyəti dünyanın, demək olar ki, bütün dillərində işlənən beynəlmiləl sözlərdir. Bununla belə, son vaxtlarda ədəbi dilimizdə geniş şəkildə işlənən öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq. S.Verdizadə ana dilinə riayət edilməsi sahəsindəki problemlərin qruplaşdırılmasının vacibliyini də vurğulayıb.
Tədbirdə çıxış edənlərdən “Şəki” qəzetinin redaktoru Akif Salamov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) bölgə müxbiri Mustafa Dadaşov, “Zaqatala” qəzetinin baş redaktoru İbrahim İbrahimov, “Oğuz” qəzetinin baş redaktoru Nazim Hüseynli, “Şəki təhsili” qəzetinin baş redaktoru Bəşarət Süleymanov, Şəkidə fəaliyyət göstərən “Kanal S” telekanalının əməkdaşı Sahib Mehdiyev və başqaları “Zərdabi Mətbuat Mərkəzi” İB-nin layihəsinin əhəmiyyətindən söz açaraq mediada ana dilimizin qorunmasına yönələn təşəbbüslərə daim ehtiyacın duyulduğunu vurğulayıblar. Onlar dil məsələlərinə diqqət yetirilməsi üçün Azərbaycan Mətbuat Şurasının və digər əlaqədar təşkilatların üzərinə böyük missiyanın düşdüyünü önə çəkiblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

