Başın sağ olsun, Türkiyə!
17.05.2014 [10:54]
Bu ağır günlərdə Türk qardaş və bacılarımızın yanındayıq!
Birdir bizim hər halımız-
Sevincimiz-məlalımız.
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Mərhum şairimiz Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən götürülən bu misralar kökü qərinələrə söykənən və dünya durduqca var olacaq Azərbaycan-Türkiyə qardaşlığının ədəbi təsviridir. Bəli, doğrudan da, “bir millət, iki dövlət olan” Azərbaycanla Türkiyənin sevinci də, kədəri də eynidir. Bizlər toyda-bayramda, hər hansı uğurlar əldə edəndə sevindiyimiz kimi, hansısa itkilər baş verəndə də bir-birimizin kədərinə şərik oluruq. Şairin də vurğuladığı kimi, bir ananın iki oğlu olaraq eyni dərdin acısını yaşayırıq. Mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş verən partlayış nəticəsində 284 insanın ölümü Türkiyə qədər Azərbaycanı da kədərə qərq edib.
Xatırlatmaq yerinə düşər ki, hadisənin səhəri günü, yəni, mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Mayın 15-də isə bu faciə ilə bağlı Türkiyənin səfirliyində anma mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər natiqlər Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu, bundan sonra da olacağını deyiblər.
Yeri gəlmişkən, Soma faciəsi ilə bağlı Türkiyənin Gəncədəki və Naxçıvandakı Baş konsulluqlarında da anma mərasimi keçirilib.
Mayın 16-da isə Azərbaycanın bütün məscidlərində Cümə xütbələri Türkiyədə baş vermiş faciəyə həsr olunub, faciə qurbanlarının ruhuna dualar oxunub.
Öz növbəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Türkiyənin Soma rayonunda baş verən mədən faciəsi nəticəsində ölənlərin ailələrinə yardım kampaniyasına başlayıb. Bu barədə APA-ya AzQAC-ın mətbuat xidmətindən məlumat verilib. “Mərhəmətinizi əsirgəməyin!” devizi altında keçirilən kampaniya faciədə həyatlarını itirmiş insanların ailə üzvlərinə yardım edilməsi məqsədilə təşəbbüsü ilə çıxış edən insanların arzusu ilə başladılıb.
Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki dahi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ulu öndər Heydər Əliyevin “Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir” kəlamlarından güc alan dövlətlərimiz hər zaman bir-birinin yanındadır. Eyni zamanda, Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş verən qəzada həlak olanların acısı təkcə Türkiyənin deyil, həm də bizim ortaq acımızdır. Biz bunu öz kədərimiz kimi yaşayırıq. Və bu ağır günlərdə Türk qardaş və bacılarımızın yanındayıq!!!
NADİR
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

