Abşeron rayonunda Beynəlxalq Ailə Günü ilə bağlı bayram tədbiri keçirilib
16.05.2014 [10:29]
BMT Baş Məclisinin 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə əsasən, hər il mayın 15-i bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.
AzərTAc xəbər verir ki, bu münasibətlə mayın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Abşeron rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Bayram şənliyində tanınmış ictimai xadimlər, xarici ölkələrin ölkəmizdəki səfirləri, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Beynəlxalq Ailə Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, ailələrə səadət arzulayıb.
Z.Fərəcov AQUPDK-nın təşəbbüsü ilə respublikada hər il Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb və bunu dövlətin öz vətəndaşlarına verdiyi yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndirib.
Tədbirin əhəmiyyətini qeyd edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, Beynəlxalq Ailə Gününün keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı və sağlam həyat tərzinin təbliğidir.
Ailə siyasətinin Azərbaycan hökumətinin diqqətində olduğunu deyən komitə sədri bildirib ki, dövlətin əsasını güclü və sağlam ailələr təşkil edir. Hazırda Azərbaycanda 2 milyon ailə var. Hər il orta hesabla ölkədə səksən mindən çox nikah qurulur. Bu ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət məsuliyyət daşıyırlar.
Qeyd olunub ki, dövlətimizin başçısının gündəlik diqqət və qayğısı sayəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkünlərin, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin bir çox problemləri artıq həll olunub. Bu sahədə dövlətin güclü və təkmil qanunvericilik bazası mövcuddur.
Hicran Hüseynova ailələrin qorunması üzrə həyata keçirilən layihələr çərçivəsində əhalinin sağlamlığı sahəsində görülən işlərdən danışaraq deyib ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yarım milyondan çox insan dispanserləşmədən keçib. Bu isə dövlətin, xüsusilə Azərbaycan Prezidentinin ailələrin sağlamlığına olan diqqət və qayğısının əyani sübutudur.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, bütün nailiyyətlərin əsasında ailə səadəti durur. Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunur. Azərbaycan xalqının dərin ailə ənənələri mövcuddur. Cəmiyyətimizdə ailə həmişə müqəddəs sayılıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət ailə siyasətinin təməli qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Azərbaycan qadınının mənəvi zənginliyini, vətənpərvərliyini, ailə dəyərlərini uğurla təmsil edir.
Ənənə halını almış bayramda “Bacarıqlı əllər”, “Milli mətbəx”, “Yaradıcı ailə”, “Nümunəvi ailə” nominasiyaları üzrə respublikamızın bütün şəhər və rayonlarından seçilmiş ailələr iştirak ediblər.
Bayram tədbirində müxtəlif mövzuları əks etdirən guşələr iştirakçıların istifadəsinə verilib. Eyni zamanda, bayramda müxtəlif sərgilər təqdim edilib, bölgələrin mətbəxini əks etdirən milli xörəklərin, qədim peşə sahələrindən olan əl işlərinin hazırlanması nümayiş olunub, ailələr arasında müxtəlif əyləncəli oyunlar keçirilib.
Hər il olduğu kimi, bu il də bayram şənliyində Azərbaycan xalqının toy adət-ənənələri nümayişi olunub, bir ailənin brilliant toyu və xınayaxdı mərasimi keçirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45

