Kədəriniz kədərimizdir...
16.05.2014 [10:20]
Yaxud “bir millət, iki dövlət” olan ölkələrimiz belə ağır günlərdə də bir-birinin yanındadır
Mayın 13-də kütləvi informasiya vasitələrində yayılan bir xəbər qardaş Türkiyə kimi, Azərbaycanı da kədərə bürüdü. Həmin xəbərdə deyilirdi ki, Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində partlayış baş verib, nəticədə şaxta uçub. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız qeyd edib ki, partlayış baş verən an şaxtada 787 insan olub, onlardan 363 nəfəri xilas edilib. Dünən axşam saatlarına olan məlumata əsasən ölənlərin sayı 283 nəfərə çatıb.
Qeyd edək ki, Türkiyə hökuməti bu faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib. Və yuxarıda da vurğuladığımız kimi, nəhs tarixdə, mayın 13-də baş vermiş bu faciə türk qardaşlarımızla yanaşı bizləri də kədərə bürüyüb.
Hadisənin səhəri günü, yəni, mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Dünən isə bu faciə ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində anma mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər natiqlər ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu, bundan sonra da olacağını deyiblər. Qeyd olunub ki, baş vermiş qəzada həlak olanların acısı təkcə Türkiyənin deyil, həm də bizim ortaq acımızdır. Biz bunu öz kədərimiz kimi yaşayırıq.
Yeri gəlmişkən, Soma faciəsi ilə bağlı Türkiyənin Azərbaycanın Gəncə şəhərindəki Baş Konsulluğunda da anma mərasimi keçirilib.
Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə faciə ilə əlaqədar Prezident Abdullah Gülə, Baş nazir Rəcəb Tayyib Ərdoğana və diyanət işləri başqanı Mehmet Görməzə başsağlığı məktubları ünvanlayıb. Öz növbəsində QMİ mətbuat xidmətindən bildiriblər ki, mayın 16-da Azərbaycanın bütün məscidlərində Cümə xütbələri Türkiyədə baş vermiş faciəni də əhatə edəcək, faciə qurbanlarının ruhuna dualar oxunacaq.
Əslində, başqa cür də ola bilməzdi. Çünki bu gün çəkinmədən Türkiyə-Azərbaycan qardaşlığını bəşəriyyət üçün bir nümunə adlandırmaq olar. Bunun başlıca səbəbi isə həmin əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmasıdır. Daha dəqiq desək, bizim xalqlarımızın dostluğu, qardaşlığı böyük sınaqlardan çıxıb və tarixi yol keçib.
İstər Çanaqqala savaşı, istər 1918-ci ildə Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsi, istər müstəqilliyimizin ilk illərində Türkiyənin göstərdiyi qardaş dəstəyi, istərsə də 1999-cu ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı yaşananların fonunda dünya Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunun bir daha şahidi olub. Yeri gəlmişkən, Ümummilli lider Heydər Əliyev 1999-cu ildə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkəyə etdiyi səfər zamanı “17 avqust Türkiyə üçün, eyni zamanda, Azərbaycan üçün böyük bir fəlakət, faciə gətirdi. Həqiqətən, tarixdə az görünən zəlzələlərdən biri burada - Türkiyədə, Kocaelidə, İzmitdə, bu bölgədə baş verdi. Bu fəlakət, faciə türk xalqını nə qədər iztiraba saldısa, Azərbaycan xalqını da bir o qədər iztiraba saldı. Siz nə qədər dərdə, qəmə, qüssəyə qapandınızsa, o qədər də biz dərdə, qəmə, qüssəyə qapandıq. Çünki bizim xalqlarımız qardaşdır, dostdur, bir kökə, bir mədəniyyətə, bir dilə, bir dinə mənsub olan millətlərdir. Biz bir millətik. Ona görə də sizin dərdiniz bizim də dərdimizdir. Mən böyük öndər Atatürkün çox gözəl kəlamlarını, sözlərini daim xatırladaraq deyirəm ki, Türkiyənin ələmi Azərbaycanın ələmidir, Türkiyənin sevinci Azərbaycanın sevincidir” demişdi.
Bəli, Ulu öndərin də qeyd etdiyi kimi 17 avqust zəlzələsi türk xalqını nə qədər iztiraba saldısa, Azərbaycan xalqını da bir o qədər iztiraba saldı. Məhz həmin günlər, demək olar ki, bütün Azərbaycan xalqı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün ayağa qalxdı. Kimisi evində olan pal-paltarını, kimisi sabahı üçün ehtiyatda saxladığı pulunu, kimisi isə evində olan ərzağını götürüb Türkiyənin Bakıdakı səfirliyinə yollandı. Həmin vaxt Bakıdakı türk diplomatlarını kövrəldən bir hadisə isə hələ də yaddaşlardan silinməyib. Özünə velosiped almaq üçün kassasına pul yığan kiçik bir uşaq atası ilə birlikdə səfirliyə gəlmişdi. Əlində də həmin xırda qəpik pulların olduğu kassa. Həmin uşaq “kassadakı pulları da Türkiyədə zəlzələdən zərər çəkənlərə göndərmək istəyirəm” demişdi. Bax, əslində, bu, Türkiyə-Azərbaycan xalqlarının qardaşlığının tarixinə vurulacaq ən şərəfli möhürlərdən biri idi.
Və üstündən 15 il keçəndən sonra yaşanan növbəti faciə zamanı Azərbaycan bir daha qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirdi. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun da bildirdiyi kimi, “bir millət, iki dövlət” olan ölkələrimiz belə ağır günlərdə bir-birinin yanındadır: “Azərbaycan Prezidenti İlham Əliyevdən aldığımız başsağlığı mesajı, eyni zamanda, qardaş xalqın göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46

