Qafqaz Müsəlmanları İdarəsində Din xadimləri üçün təkmilləşdirmə kursları açılıb
14.05.2014 [09:11]
Mayın 13-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimləri üçün təkmilləşdirmə kurslarının açılışı münasibətilə tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə kurs iştirakçıları üçün yaradılmış şəraitlə tanışlıq olub. Məlumat verilib ki, kursların müddəti bir ay olacaq. Müxtəlif bölgələrdən olan din xadimlərinin qatılacağı kurslarda iştirakçıların qalmaq, yemək və yol xərcləri QMİ tərəfindən ödəniləcək.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın sürətlə inkişaf etdiyini deyib. Bildirilib ki, bu inkişafın təməlini xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Şeyxülislam vurğulayıb ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyev din və tolerantlığı həmişə diqqət mərkəzində saxlayıb. Ölkəmizdə din və dövlət münasibətlərinin təməli də məhz Ümummilli lider tərəfindən qoyulub. Bu gün həmin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Din xadimləri üçün təşkil olunan təkmilləşdirmə kurslarının məqsədindən danışan QMİ sədri bildirib ki, kurslar dini maarifləndirmə işinin təşkili baxımından çox önəmlidir. Allahşükür Paşazadə deyib: “Din xadimləri öyrənməli, bu ölkənin inkişafında yaxından iştirak etməlidirlər. Biz ölkəmizin inkişafına təkan verən qüvvələrə kömək etməliyik. Dövlətin inkişafına maneə olan istənilən qüvvəyə qarşı birlikdə mübarizə aparmalıyıq”.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev bildirib ki, bu gün Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Azərbaycan artıq dünyada tolerant, multikultural bir mədəniyyətə malik ölkə kimi tanınır.
Ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan Kamal Abdullayev bildirib ki, dövlətimiz azərbaycançılıq məfkurəsi ətrafında hər cür fəaliyyəti dəstəkləyir. Azərbaycan dövləti ölkəmiz əleyhinə hər cür fəaliyyətə qarşı öz sözünü deyəcəkdir.
Din xadimləri üçün təkmilləşdirmə kurslarının çox əhəmiyyətli olduğunu deyən dövlət müşaviri bildirib ki, burada iştirakçıların savadlarını artırması üçün hər cür şərait yaradılıb. K.Abdullayev deyib: “Bizim istəyimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşməkdir. Prezident İlham Əliyevin ən böyük istəyi Azərbaycanı dövlətli, varlı, güclü görməkdir. Azərbaycanı güclü, varlı, dövlətli görmək din xadimlərini, məscidləri güclü, varlı, dövlətli görmək deməkdir. Bu, insanların qəlbində Allah eşqinin güclü olması deməkdir”.
Milli Məclisin deputatları Madər Musayev, Eldar İbrahimov, Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Aran), QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir, ilahiyyatçı alim, akademik Vasif Məmmədəliyev çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərinin hazırkı yüksək səviyyəsindən danışıb, bu sahədə maarifləndirmə işlərinin mütəmadi keçirilməsinin zəruriliyini diqqətə çatdırıb, bir sıra təkliflər veriblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

