Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qaradağ rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə bilik yarışı keçirilib

Qaradağ rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə bilik yarışı keçirilib

02.05.2014 [08:47]

Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ölkəmizin hər bir yerində müxtəlif tədbirlər keçirilir. Qaradağ rayonunda da bu münasibətlə silsilə tədbirlər reallaşdırılır. Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı tərəfindən qəbul olunan Tədbirlər Planına uyğun olaraq dünən rayonun fəal gəncləri arasında bilik yarışı keçirilib. Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Gənclər Birliyi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışda gənclərə Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımız qarşısındakı misilsiz xidmətləri, o cümlədən, Azərbaycan tarixi, mədəniyyəti, nailiyyətləri haqqında müxtəlif suallar ünvanlanıb. Yarışda ən yüksək xal toplayan gənclərə diplom və hədiyyələr verilib.

Paylaş:
Baxılıb: 1036 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31