“Sovetski”də inventarlaşdırma işləri davam edir
01.05.2014 [09:10]
Səməd İslamov: Bu günə qədər 674 razılaşma protokolu əldə olunub, 646 nəfərin isə bank hesabına vəsait köçürülüb
Ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri, respublikamızda şəhərsalma sahəsində görülən işlər Bakının inkişafına və müasirləşməsinə şərait yaradıb. Bu gün milli memarlıq ənənələrinə sadiq qalaraq müasir üslubda həyata keçirilən həmin layihələr çərçivəsində yeni parklar, xiyabanlar salınır, binalar inşa olunur.
Elə Bakının “Sovetski” adlanan ərazisində nəzərdə tutulan yenidənqurma və abadlıq işləri də məhz şəhərimizin müasir görkəminə əlavə gözəllik qatacaq. Artıq bununla bağlı müəyyən layihələr, fikir və təkliflər mövcuddur.
Hazırda isə ərazidə inventarlaşdırma işləri uğurla davam etdirilir.
Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib ki, “Sovetski” kimi tanınan ərazidəki sökülən evlərin sahiblərinə kompensasiya verilməsi dövlət tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Onun sözlərinə görə, bir müddət əvvəl Köçürmə Komissiyası yeni müraciətlərə baxıb və ümumilikdə, “Sovetski” adlanan ərazidən köçmək istəyən ailələrin sayı 900-ə çatıb: “Bu günə qədər 674 razılaşma protokolu əldə olunub, 646 nəfərin isə bank hesabına vəsait köçürülüb. 56 mənzil isə sökülüb. Bu gün insanlar bizə müraciət edirlər. Bu müraciətlərlə bağlı olaraq əgər biz əvvəllər komissiyanın iclasını həftədə bir dəfə keçirirdiksə, artıq həftədə 3 dəfə komissiya üzvləri toplaşır və daxil olan ərizələri nəzərdən keçirirlər. Hər iclasımızda təxminən 60-a yaxın belə müraciətə baxılır ki, bu da həftəyə təxminən 200 müraciət deməkdir. Ümumilikdə isə söküntü ərazisinə düşən 2860 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb”.
Bəzi qüvvələrin bu məsələdən sui-istifadə edərək süni narazılıq və ajiotaj yaratmaq istədiklərini bildirən Səməd İslamov onların səylərinin əbəs olduğunu qeyd edib: “Dövlətimizin məqsədi həmin ərazidə gözəl və müasir istirahət mərkəzləri, yol qovşaqları yaratmaqdır. Heç bir vətəndaşın evindən məcburi şəkildə çıxarılmasından söhbət gedə bilməz. Kim dövlətin onlara təqdim etdiyi bu şərtlərlə razıdırsa, gəlir, öz mənzilini satmağa razılıq verdiyini bildirir. Hər dəfə həmin ərazidə yaşayan insanlarla görüşümüz zamanı bildiririk ki, onları kimsə zorla burdan köçürməyəcək. O insanlar ki, öz razılıqları ilə rəsmi ərizə yazıb müraciət edirlər, biz onların ərizələrinə baxırıq və dəyərləndiririk. Bizə müraciət edənlərin sayı həddindən artıq çoxdur. Təbii ki, bu ərazidə yaşayan insanlar da istəyirlər ki, geniş evlərdə, gözəl təmir olunmuş mənzillərdə yaşasınlar. Düşünürəm ki, bu ərazidə salınacaq yeni parklar uşaqların, yaşlı insanların daha çox sevincinə səbəb olacaq. Yaradılacaq müasir infrastruktur, salınacaq geniş və abad yollar, yeraltı keçidlər şəhərimizin gözəlləşməsinə töhfə verəcək”.
Oktay
Xəbər lenti
Hamısına baxElm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42

