/ / Vergi ödəyicilərinə xidmətin əsasını məlumatlandırma, maarifləndirmə, təbliğat və təlim təşkil edir
Vergi ödəyicilərinə xidmətin əsasını məlumatlandırma, maarifləndirmə, təbliğat və təlim təşkil edir
24.04.2014 [09:09]
Ələkbər Məmmədov: Vergilər Nazirliyinin rəsmi internet səhifəsi vergi ödəyicilərinin informasiya ilə təmin olunmasında müstəsna rol oynayır
“Hazırda ölkəmizdə vergi xidmətinin təkmilləşdirilməsi, modernləşdirilməsi və müasir dünya standartlarına tam uyğunlaşdırılması prosesi gedir və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında vergi siyasəti də daxil olmaqla iqtisadi siyasət sahəsində kompleks tədbirlərin həyata keçirilməsi əks olunub. Konsepsiyada Vergilər Nazirliyinə aid tədbirlərin icrası məqsədilə “2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası” qəbul edilib. Strategiyanın əsas missiyalarından biri də əhalinin vergi mədəniyyətinin yüksəldilməsi, vergiödəmə vərdişlərinin cəmiyyətin normasına çevrilməsinə nail olunmasıdır. Vergi ödəyicilərinə göstərilən xidmətlər məlumatlandırma, maarifləndirmə, təbliğat və təlim istiqamətlərində aparılır”.
Bunu KİV-ə müsahibəsində vergilər nazirinin müşaviri Ələkbər Məmmədov deyib. Onun sözlərinə görə, ərazi vergilər departamentləri və idarələrinin yerləşdiyi şəhərlər istisna olmaqla, digər şəhər və rayon mərkəzlərində vergilərin könüllü ödənilməsi sistemini inkişaf etdirmək, elektron xidmətlərdən istifadəni asanlaşdırmaq məqsədilə, vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılıb və hazırda respublikada 40 belə mərkəz fəaliyyət göstərir: “2013-cü il ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində 152638 ödəyici qəbul edilib və onlara 345466 sayda vergi xidməti göstərilib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmiş şəxslərin sayı 48,7 faiz artıb. Vergilər Nazirliyinin rəsmi internet səhifəsi vergi ödəyicilərinin informasiya ilə təmin olunmasında müstəsna rol oynayır. Vergilər Nazirliyinin internet səhifəsində məlumatların mütəmadi yenilənməsi və “İnformasiya əldə etmək haqqında” Qanunda nəzərdə tutulan məlumatların yerləşdirilməsi təmin edilir. İnternet səhifəsinə 2013-cü il ərzində 2.334.105 daxilolma qeydə alınıb”.
2013-cü il ərzində həmçinin, vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə vergilərə aid 14 adda kiçikhəcmli bukletlər, kitabçalar, jurnallar 146800 nüsxədə (133900 nüsxə Azərbaycan, 12900 nüsxə ingilis dilində) nəşr etdirilərək vergi ödəyicilərinə çatdırılıb. “Vergi ödəyicilərinə göstərilən xidmətlər - məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının və KİV-in rolunun artırılması” adlı layihə hazırlanıb, layihə çərçivəsində sahibkarların ictimai təşkilatları və KİV nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib. “Vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının araşdırılması və vergi xidmətinin ünvanlılığının təmin olunması layihəsi” adlı başqa bir layihə çərçivəsində respublikanın müxtəlif bölgələrində vergi ödəyicilərinin maarifləndirilməsi, məlumatlandırılması və ünvanlı vergi xidmətinin göstərilməsi, ölkədə əlverişli vergi mühitinin formalaşdırılması mövzusunda “dəyirmi masa”lar keçirilib.
Ə.Məmmədovun sözlərinə görə, kənd və rayonların orta məktəb müəllimlərindən ibarət “Vergi dostları” şəbəkəsi vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işini gücləndirmək, “vergi” məfhumunu ölkənin bütün ərazisinə, xüsusilə, ucqar kənd və rayonlara, hər bir ailəyə çatdırmaq və bununla da vətəndaşlarda vergi mədəniyyətini formalaşdırmaq, bu sahəyə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə yaradılıb. Eyni zamanda, təhsil müəssisələrinin şagird və tələbələrinin vergi savadının artırılması, onlarda vergi mədəniyyətinin formalaşdırılması və vergilərə aid dərs vəsaitlərinin tədrisinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə respublikanın şəhər və rayonlarının orta ümumtəhsil məktəblərində vergilərə dair 54 metodiki kabinet, habelə, Bakı şəhərində 2 peşə-ixtisas liseyində müasir avadanlıqlar, informasiya texnologiyaları və vergilərə aid əyani vəsaitlərlə təchiz olunmuş vergi tədris otağı istifadəyə verilib. Azərbaycan Dövlət İqtisad Universitetində Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən ali məktəblərin tələbə və magistrantlarının iştirak etdiyi “Vergilər” mövzusunda 7 olimpiada keçirilib: “Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə məktəblilər arasında onlayn qaydada vergilərlə bağlı ümumrespublika bilik yarışmaları keçirilir, 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Vergilər Nazirliyinin və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasının təşkilatçılığı ilə on ildən çoxdur ki, “Vergilər uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilir”.
Ə.Məmmədov bildirib ki, vergi təbliğatının müasirləşdirilməsi üçün vergi ödəyicilərinin istənilən vaxt, istənilən yerdən, istənilən növ informasiyaya çıxışını təmin etmək günün ən vacib məsələlərindəndir. Vergilər Nazirliyi bu məqsədlə mövcud məlumat mənbələrindən: “195” Çağrı Mərkəzi, taxes.gov.az veb saytı, vergi ödəyicilərinə xidmət mərkəzləri, “Vergi dostları” şəbəkəsindən, sosial mediadan geniş istifadə edir. Geniş auditoriyaya malik Facebook, Twitter sosial şəbəkələrində, Youtube və video.az video hostinq səhifələrində Vergilər Nazirliyinin səhifələri yaradılıb və istifadəçilər arasında mütəmadi olaraq təbliğat işləri aparılır. 2013-cü ilin yekunlarına görə, gəlir vergisi bəyannamələrinin 96,8, mənfəət vergisi bəyannamələrinin 93,7, əmlak vergisi bəyannamələrinin 91,2, yol vergisi bəyannamələrinin 96,6 faizi vaxtında təqdim edilib. Ümumilikdə isə hesabat dövrünün yekunları üzrə bəyannamələrin 93,9 faizi vaxtında, 94,5 faizi elektron qaydada təqdim edilib. 2013-cü ildə 2012-ci il ilə müqayisədə vergi borclarının məbləği 35,7 faiz azalaraq 16,8 faizdən 10,8 faizə enib.
Müsahibəsində “vergi əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün nəzərdə tutulmuş vəzifələrin icrasının mənbəyi vergi orqanlarında insan resurslarının inkişafıdır. Bu məqsədlə təsdiq olunmuş konsepsiyanın əsas istiqamətlərini 5 qrupda birləşdirmək olar” deyən müşavir onu da əlavə edib ki, ötən tədris ilində Vergilər Nazirliyinin Tədris Mərkəzində 23 qısamüddətli təlim, 3 ilkin hazırlıq kursu və 28 ixtisasartırma kursu aparılıb, vergi orqanı əməkdaşlarının təxminən 50 faizi (1207 nəfər) tədris prosesinə cəlb olunub.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32

