Azərbaycan Dillər Universitetində tanınmış şairə Sona Vəliyeva ilə görüş olub
17.04.2014 [09:14]
Aprelin 16-da Azərbaycan Dillər Universitetində (ADU) Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin təsisçisi, tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə şairənin qələm dostları, ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən ADU-nun kafedra müdiri, professor Fəridə Səfiyeva şairənin yaradıcılığı haqqında məlumat verib, “Kaspi” qəzeti - “Kaspi” Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda “Hüseyn Cavid. Əsərləri” kitabının nəşr olunduğunu qeyd edib. O, bildirib ki, oxucular Sona Vəliyevanı maarifçi, ziyalı, şair, alim, xalqını və dövlətini çox sevən bir qadın kimi tanıyırlar. F.Səfiyeva şairənin yaradıcılığının, elmi işlərinin və peşə fəaliyyətinin vahid bir sistem təşkil etdiyini və bu sistemin bütünlüklə azərbaycançılıq ideologiyasına xidmət etdiyini diqqətə çatdırıb. O, Sona Vəliyevanın azərbaycançılıq ideologiyasının əsas tədqiqatçılarından və yorulmaz təbliğatçılarından olduğunu vurğulayıb. Kafedra müdiri deyib ki, S.Vəliyevanın “Azərbaycançılıq ideologiyasının təşəkkülü və tarixi inkişaf yolu” əsərinin azərbaycançılığın təbliği sahəsində özünəməxsus rolu var.
Tədbirdə nümayiş olunan videoçarxda Sona Vəliyevanın həyat və yaradıcılığından bəhs edilməklə yanaşı, qələm yoldaşlarının tanınmış şairə haqqında dəyərli fikirləri də yer alıb.
Bildirilib ki, Sona Vəliyevanın kitablarını hissiz, həyəcansız oxumaq olmur. Onun şeirləri insanda xoş ovqat yaradır. Şairənin şeirləri hay-küydən, pafosdan uzaqdır. Sona Vəliyevanın şeirlərində poetik məziyyət, obrazlılıq, hadisələrə özünəməxsus münasibəti var.
Müəllifin “Arazbari” kitabı əslində öz ruhunun, iç dünyasının şəklidir. Bu kitabda toplanmış şeirlər təkcə bir ananın, bir qadının, bir vətəndaşın duyğularının təcəssümü deyil. Xalqının azadlığını, müstəqilliyini hər şeydən uca tutanların, sevənlərin qəlb çırpıntılarının kağız üzərində əksidir. Şairənin bütün şeirlərində əsl kişi qeyrəti görünür, Vətən narahatlığı, millət ağrısı duyulur.
Sona Vəliyevanın şeirləri süni bər-bəzəkdən, gözqamaşdırıcı parıltılardan uzaqdır. Bu şeirlərdə oxucunu düşünməyə vadar etmək hissi daha güclüdür. Azərbaycanın parçalanması, Güney - Qüzey ayrılığı, Qarabağ ağrısı Sona Vəliyevanın yaradıcılığında ana xətt kimi keçir.
Tədbirdə tələbələrin iştirakı ilə şairənin sözlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirlərindən parçalar səsləndirilib.
Sonda çıxış edən Sona Vəliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Yaradıcılığının əsas cəhətlərindən danışan S.Vəliyeva deyib ki, Azərbaycan xalqı öz dilini və mədəniyyətini bütün assimilyasiya basqılarından qoruyaraq bu günə kimi yaşada bilib. Dil millətin var olmasında ən mühüm amildir.
Sona Vəliyeva Azərbaycan dilinin inkişafının, azərbaycançılıq ideyasının müstəqilliyimizin bərpasından sonra Ümummilli lider Heydər Əliyev tərəfindən daha da inkişaf etdirilərək yalnız Azərbaycan Respublikasının deyil, bütün dünya azərbaycanlılarının ideologiyası səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

