/ / Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Nizamnaməsinin təsdiq edilməsindən 5 il ötür
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Nizamnaməsinin təsdiq edilməsindən 5 il ötür
03.04.2014 [09:45]
Azərbaycanın media nümayəndələri milli mətbuatın inkişafında KİVDF-nin rolunu yüksək qiymətləndirirlər
Məlum olduğu kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Nizamnaməsinin təsdiq edilməsindən 5 il ötür. Xatırladaq ki, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilib. Sərəncamda KİV-in inkişafına dövlət dəstəyini həyata keçirəcək qurumun yaradılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Bunun nəticəsi olaraq, 2009-cu il aprelin 3-də dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Nizamnaməsi təsdiq olunub, mayın 22-də isə Fondun Müşahidə Şurasının üzvləri və icraçı direktoru təyin edilib.
Həmin vaxtdan etibarən, dövlətin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Fond mütəmadi olaraq həyata keçirdiyi irimiqyaslı layihələrlə Azərbaycanda KİV-in inkişafına yardım göstərir. KİVDF-nin hər il müxtəlif sahələr üzrə müvafiq dövlət orqanları ilə birlikdə və ayrıca təşkil etdiyi müsabiqələr, eləcə də, KİV sahəsində öz məhsuldar və səmərəli fəaliyyəti ilə seçilən şəxslərin təltif edilməsi medianın inkişafına göstərilən maddi-mənəvi dəstək olub, mətbuat işçilərinin fəaliyyətini daha da stimullaşdırır.
Təsadüfi deyil ki, ayrı-ayrı media qurumlarının rəhbərləri milli mətbuatın inkişafına göstərilən dövlət qayğısını, o cümlədən, KİVDF-nin fəaliyyətini yüksək qiymətləndirirlər.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, demokratik cəmiyyətin əsas atributlarından biri kimi azad mətbuatın inkişafı daim dövlətimizin diqqət mərkəzindədir: “Belə ki, Ulu öndər Heydər Əliyev söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi önə çəkdi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə Fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində əhəmiyyətli addımların atılmasını stimullaşdırdı. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət son 10 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etməyin qeyri-mümkünlüyünü bəyan edən dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına diqqət və qayğısı ardıcıl şəkildə həyata keçirdiyi tədbirlərdən, imzaladığı Fərman və sərəncamlardan da aydın görünür. Artıq KİVDF-nin yaradılmasından 5 il ötür. 5 il zaman baxımından qısa bir dövr olsa da, təbii ki, görülən işlər, əldə olunan uğurlu nəticələr bu illəri daha da zənginləşdirməklə böyük zaman təəssüratı yaradır. Fond tərəfindən həyata keçirilən tədbirlər tək mətbuat işçiləri deyil, ictimaiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır, təqdir olunur”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Ümummilli lider Heydər Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının bu gün də davam etdiyini söyləyib: “Məlum olduğu kimi, Prezident İlham Əliyev mətbuatın inkişafına böyük dəstək verir. Xatırladaq ki, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcunun Ulu öndər tərəfindən dondurulması, Prezident İlham Əliyev tərəfindən ləğv olunması əlamətdar hadisə idi. Bu gün də Azərbaycan mətbuatının inkişafı, azad media strukturunun formalaşdırılması, qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır və problemlərin aradan qaldırılması yönündə fəaliyyət proqramları ortaya qoyulur. Bu əməli addımlardan biri və fikrimcə, azad medianın formalaşmasını stimullaşdıran ən mühüm fakt Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması oldu. Bu Fondun fəaliyyəti nəticəsində demokratiyanın ən mühüm göstəricisi olan azad mətbuatın inkişafı stimullaşdırılıb, siyasi mövqeyindən, baxışından asılı olmayaraq, 30-dan artıq qəzet layihələrə cəlb olunub. Bu, onların fəaliyyətinə çox böyük dəstəkdir. Təbii ki, KİVDF-nin fəaliyyəti dövlətin informasiya siyasətinin prioritetlərinin gerçəkləşməsinə də şərait yaradır”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə Azərbaycan mətbuatının inkişafı ilə bağlı Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın əhəmiyyətini xüsusi vurğulayıb: “Konsepsiyadakı müddəaların ardıcıl olaraq həyata keçirilməsi Azərbaycan mətbuatının inkişafına çox geniş imkanlar yaradır. Bu müddət ərzində Azərbaycan dövləti mətbuatın inkişafı ilə bağlı özünün strateji mövqeyini ortaya qoyub, bu istiqamətdə ciddi addımlar atıb. Mətbuat orqanlarına siyasi baxışlarına görə heç bir fərq qoymayan dövlətimiz azad mətbuatın inkişafına böyük diqqət göstərir. Həm KİVDF-nin fəaliyyəti, həm də mətbuatın inkişafı ilə bağlı atılan bütün addımlar, ilk növbədə, Azərbaycan dövlətinin Azərbaycan mətbuatına verdiyi qiymət kimi dəyərləndirilməlidir”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi layihələr dövlət-mətbuat münasibətlərinin inkişafına mühüm töhfə verir: “Hesab edirəm ki, MDB məkanındakı bir sıra ölkələr gələcəkdə belə bir modeldən istifadə haqqında düşünəcəklər. Əgər Azərbaycanda mediaya dəstək olmasaydı, bəzi qəzetlər dövlətimizin taktiki strateji maraqları ilə o qədər də uzlaşmayan müəyyən xarici qüvvələrin təsiri altına düşə bilərdi. Eyni zamanda, Azərbaycan mediası peşəkarlığın ənənələrindən uzaqlaşa bilərdi. Hesab edirəm ki, bu model özünü doğruldub və dövlətimizin media maraqlarına cavab verir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

