/ / Yuli Qusman: Bakı da mənim vətənimdir, Moskva da. Hər iki şəhər mənə çox şey verib, mən onları çox sevirəm. Lakin dünyanın harasında daha rahat nəfəs aldığımdan, özümü harada daha sərbəst hiss etdiyimdən danışsaq, bu yer, əlbəttə, Bakıdır
Yuli Qusman: Bakı da mənim vətənimdir, Moskva da. Hər iki şəhər mənə çox şey verib, mən onları çox sevirəm. Lakin dünyanın harasında daha rahat nəfəs aldığımdan, özümü harada daha sərbəst hiss etdiyimdən danışsaq, bu yer, əlbəttə, Bakıdır
02.04.2014 [09:22]
Martın 31-də Rusiya televiziyasının Birinci kanalında Vladimir Poznerin həftəlik müəllif proqramının növbəti buraxılışı efirə çıxıb. Budəfəki verilişin (http://www.1tv.ru/sprojects/si=5756) qonağı əslən Bakıdan olan kinorejissor, Rusiyanın “Nika” ilk milli kino mükafatının təsisçisi Yuli Qusman idi.
Proqramın formatına uyğun olaraq aparıcı siyasətçilərə, ictimai xadimlərə, mədəniyyət, incəsənət, elm, idman xadimlərinə suallar verir. Söhbət həftənin aktual hadisələrinə aid ola da bilər, olmaya da. Proqramın qonaqları həm də məşhur fransız yazıçısı və filosofu Marsel Prustun tərtib etdiyi anketdən bəzi suallara cavab verirlər.
Yuli Qusmanın Vladimir Pozner ilə söhbətindən bəzi parçaları təqdim edirik.
Aparıcının birinci sualı Yuli Solomonoviçin ata adını dəyişmək arzusu olub-olmaması barədə idi: “Sən Bakıda böyüyəndə qondarma beşinci bənd sənin yaşamağına mane olurdumu?”.
Proqramın qonağı bu suala belə cavab verib: “Mən elə bir şəhərdə böyümüşəm ki, orada ümumiyyətlə, belə fikir yarana bilməzdi. Mənim atam, professor Solomon Moiseyeviç Qusman Bakıda hörmətli bir insan, Cənubi Qafqazda ən yaxşı həkimlərdən biri olmuşdur. Anam Lola Yuryevna Barsuk professor, ingilis dili müəllimi, prorektor, hörmətli bir qadın idi. Mən Solomonoviç ata adımla həmişə fəxr etmişəm və indi də bundan qürur duyuram. Mənimlə bir sinifdə 19 millətin nümayəndələri oxuyurdu, bu barədə dəfələrlə danışmışam. Onlardan 16-sı barədə indiyə qədər heç nə bilmirəm, yəni kimin hansı millətdən olduğunu bilmirəm. Başa düşürdüm ki, Məmmədov, Kərimov - azərbaycanlı, Vasilyev, Vasin - rus, Sarkisov, Saakyan - ermənidirlər. Amma mənimlə bir sinifdə Valeri Aqarudov oxuyurdu, onun hansı millətdən olduğunu indiyə qədər bilmirəm və bunun heç bir əhəmiyyəti yox idi. Ona görə bu gün mənə deyəndə ki, milli məsələni yalnız söyüşmək və döyüşmək yolu ilə həll etmək olar, mən deyirəm ki, bu düz deyil. Bakıda biz yaşlılara mütləq mənada hörmət, uşaqlara və valideynlərə məhəbbət şəraitində yaşayırdıq. Onların kim olmasının heç bir əhəmiyyəti yox idi. Vadik Vasinin atası Zabitlər Parkında karuseldə bilet satırdı, İqor Sarkisovun atası isə şəhərin baş memarı idi...”.
Vladimir Pozner 1990-cı ilin yanvar ayında Bakıda baş vermiş hadisələri xatırladanda Yuli Qusman belə cavab verib: “Xocalıda azərbaycanlıları qırmışlar. Bu məsələ bugünkü söhbət üçün mövzu deyil. Deyə bilərəm ki, mənim Bakıda yaşadığım dövrdə - mən isə ömrümün çox hissəsini orada yaşamışam - Orada heç kəsi asıb kəsmirdilər, bu barədə fikirləşmək də mümkün deyildi. Ermənilər cəmiyyətin hörmətli üzvləri idi, Bakıda onların sayı çox idi.
Elə özümün məktəb həyatımdan misal göstərə bilərəm. Bizim buraxılış siniflərində 63 məzun var idi, onlardan ikisi məktəbi qızıl medalla bitirdi. Mən də medal almağa namizəd idim, Kərimov da, Soskin də. Medal alan isə iki nəfər oldu - Sarkisov və Saakyan, hər ikisi erməni. Bu hadisələr necə baş verdi və təqsirkar kimdir - bu, olduqca kədərli, ağır və iyrənc əhvalatdır. Burada mən nəinki hakim, hətta şahid qismində də çıxış edə bilmərəm. Sadəcə onu bilirəm ki, mənim uşaqlıq, yeniyetməlik və gənclik illərimin keçdiyi şəhərdə xalqlar dostluğu problemi ümumiyyətlə yox idi. Buna inana da bilərsiniz, inanmaya da, gülə də bilərsiniz. Amma belə idi.
Yalanı xoşlamıram. Amma cəmiyyətdə təcavüz, nifrət, kin-küdurət və paxıllıq baş alıb gedəndə mənim heç xoşuma gəlmir. Burada heç bir yaxşılıq gözləməyə dəyməz. Mən Qafqazı yaxşı tanıyıram. Qafqazlılar çox məğrur, güclü və müstəqil adamlardır. Hansı qafqazlının yanına açıq ürəklə gəlsən, ona əl açsan, heç vaxt səni qovmaz, heç vaxt sənə daş atmaz.
Uzun illər boyu yanaşı yaşamış iki xalqın üzləşdiyi dəhşətli, iyrənc müharibə ilə bağlı hadisələr, qan tökülməsi, iztirablar haqqında sən belə danışanda çox inciyirəm. Mənə elə gəlir ki, kimsə bu problemi həll edə bilmir və daim adamları bir-birinin üstünə qızışdırırlar. Bu, mənim heç xoşuma gəlmir.
Bakıda, liberal deməzdim, lakin çox yumşaq sistem vardı. Məsələn, Prezident Heydər Əlirza oğlu Əliyevin dövründə incəsənətin bütün növləri inkişaf edirdi. Yazıçılara, rəssamlara, bəstəkarlara, Şən və hazır cavablar klubunun üzvlərinə xüsusi diqqət yetirilirdi. O vaxt laxlamaqda olan rejim o qədər də qorxulu deyildi”.
Yuli Qusman sonda, “iki övlad arasında seçim etmək çətin olduğu kimi, mən də Bakı ilə Moskva arasında seçim edə bilmərəm. Ona görə ki, Bakı da mənim vətənimdir, Moskva da. Hər iki şəhər mənə çox şey verib, mən onları çox sevirəm. Lakin dünyanın harasında daha rahat nəfəs aldığımdan, özümü harada daha sərbəst hiss etdiyimdən danışsaq, bu yer, əlbəttə, Bakıdır” - deyib.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40

