Türkiyə məscidlərində “Qazi Qarabağ azanı” səsləndirilib
28.02.2014 [08:54]
Fevralın 26-da, Xocalı soyqırımının anım günü, Ankara şəhərində Türkiyənin böyük tarixi ibadət evlərindən biri olan “Hacı Bayram Vəli” məscidində “Qazi Qarabağ azanı”nın təqdimat mərasimi keçirilib.
Təqdimatda Azərbaycandan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Türkiyə tərəfdən Diyanət işləri başqanının müavini Hasan Kamil Yılmaz, respublikamızın qardaş ölkədəki səfirliyinin nümayəndələri, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr və yüzlərlə yerli sakin iştirak ediblər.
Qeyd olunub ki, yüz illər ərzində formalaşmış dini ənənələri və Diyanət İşləri Başqanlığı kimi nüfuzlu dini təşkilatı olan Türkiyənin məscidlərində başqa bir ölkədən gətirilmiş azanın oxudulması və xüsusi olaraq onun təqdimatının keçirilməsi ilk dəfədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, G.İsmayılov təqdimat mərasimində çıxış edərək bu gün “Xocalıya ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində soyqırımın 22-ci ildönümü ilə əlaqədar əksər müsəlman ölkələrinin məscidlərində “Qazi Qarabağ azanı”nın səsləndirildiyini və tarixi “Hacı Bayram Vəli” məscidindəki təqdimatın da həmin tədbirlərdən biri olduğunu vurğulayıb.
İşğal edilənə qədər Ağdam və Şuşa “Cümə” məscidlərində oxudulmuş “Qazi Qarabağ azanı”nın 20 ildən sonra ilk dəfə 2013-cü ildə dini icmaların təşəbbüsü və Dövlət Komitəsinin dəstəyi ilə bərpa olunduğunu diqqətə çatdıran G.İsmayılov qeyd edib ki, bu azanın Xocalı soyqırımının anım günündə müsəlman ölkələrinin məscidlərində səsləndirilməsi təşəbbüsünü ilk gündən Diyanət İşləri Başqanlığı dəstəkləyib. Dövlət Komitəsinin rəsmisi bildirib ki, Türkiyədəki məscidlərdə cümə günü Xocalı soyqırımı ilə bağlı xütbə oxunması və “Qazi Qarabağ azanı”nın səsləndirilməsi təkcə qardaşlığımızın və həmrəyliyimizin deyil, həm də haqq və ədalətsevər Anadolu insanının bu dəyərlərə həmişə olduğu kimi, bu gün də sadiq qalmasının və Xocalıya ədalət tələb etməsinin göstəricisidir.
H.Yılmaz isə öz növbəsində Xocalı soyqırımı ilə bağlı Diyanət İşləri Başqanlığı tərəfindən həyata keçirilmiş və gələcəkdə planlaşdırılan tədbirlər barədə geniş məlumat verib. Diyanət İşləri Başqanlığının rəsmisi qeyd edib ki, ötən il olduğu kimi, bu il də Xocalı soyqırımının ildönümü ərəfəsində - fevralın 21-də Türkiyənin bütün mərkəzi məscidlərində soyqırımı qurbanlarının xatirəsi anılıb və bu barədə xüsusi moizə verilib. Bunun artıq ənənə halı aldığını deyən H.Yılmaz bildirib ki, fevralın 26-da “Qazi Qarabağ azanı”nın təqdimatı “Hacı Bayram Vəli” məscidi ilə yanaşı, İstanbuldakı “Eyyub Sultan” məscidində və İğdırın mərkəzi məscidində də təşkil edilib. Məqsəd isə Xocalı soyqırımını və “Qazi Qarabağ azanı”nı Türkiyədə tanıtmaqdır. “Qazi Qarabağ azanı”nın qardaş ölkənin işğal olunmuş torpaqlarında yenidən səsləndirilməsi təkcə Azərbaycanın deyil, eyni zamanda, Türkiyənin də mühüm vəzifələrindəndir.
Çıxışlardan sonra “Qazi Qarabağ azanı” səsləndirilib və günorta namazı qılınıb. Mərasimdə şəhidlərin ruhuna və işğal olunmuş torpaqların tezliklə azad edilməsi üçün birgə dualar oxunub.
Təqdimat “TRT Avaz” telekanalında canlı yayımlanıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

