Səbail rayonunda 2013-cü ilin yekunları müzakirə olunub
04.02.2014 [09:15]
Dünən Səbail rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib. Yığıncaqda 2013-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində rayon ərazinidə görülmüş işlər və 2014-cü-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib, 2013-cü il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb.
Qeyd olunub ki, 2013-cü ildə Səbail rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 23 milyard 347,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 1,2 faiz çox məhsul istehsal edilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 561,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çox nəqliyyat xidmətləri göstərilib.
2013-cü ildə rayondakı rabitə müəssisələri tərəfindən 637,8 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 0,8 faiz çox rabitə xidmətləri göstərilib. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 4 milyard 217,9 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,5 faiz artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.617,5 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 2,5 dəfə artıb.
Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 224,0 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,6 faiz çox istehlak malları satılıb, əhaliyə 74,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,3 faiz çox iaşə xidmətləri göstərilib.
2013-cü ilin yanvar-noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 114,056 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1004,2 manat olub ki, bu da əvvəlki illə müqayisədə 4,7 faiz çoxdur.
2013-cü il ərzində Səbail rayonunda hamısı daimi olmaqla 2220 yeni iş yeri açılıb. Ümumiyyətlə, 2003-cü ilin oktyabrından 2014-ci ilin yanvar ayının 1-dək rayonda 40288 yeni iş yeri açılıb ki, onların da 39420-i daimidir.
2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin, Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, Kütləvi İnformasiya Vasitələri işçiləri üçün yeni yaşayış binasının, Neftçilər prospektində yeni yeraltı avtomobil dayanacağının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılış, konservasiya işlərindən sonra Qız qalasının, əsaslı təmir və yenidənqurmadan sonra Azərbaycan Dövlət Musiqili Teatrının binasının, Dağüstü parkın, Səbail rayon İcra Hakimiyyətinin inzibati binasının istifadəyə verilmə və Su İdmanı Sarayının təməlqoyma mərasimləri keçirilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 7 ünvanında yerləşən 1969-cu ildə tikilmiş 150-dən çox uşağın tərbiyə aldığı 136 saylı uşaq bağçası əsaslı təmir olunub, bağçanın istifadəyə verilmə mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak ediblər.
Ötən il “Fəvvarələr Meydanı”nda 263 avtomobil yerlik yeni yerüstü avtomobil dayanacağı istifadəyə verilib, Azadlıq Meydanının təmiri başa çatdırılıb, meydana yeni asfalt örtüyü çəkilib.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı 20-ci sahədə 35 kilovoltluq 2 yeni yarımstansiya inşa olunub, 7 və 163 saylı orta məktəblərin binaları, 190 saylı orta məktəbin akt və idman zalı, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxana binası, 44 saylı uşaq bağçası, 1 saylı şəhər poliklinikası və 33 saylı poliklinikanın əsas və 1 saylı şöbəsi əsaslı təmir olunub, 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikilib və bağçanın köhnə binası əsaslı təmir olunub, Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbi sökülərək yenidən tikilib, 20-ci sahədə yeni 19 saylı Köməkçi Təcili Tibbi Yardım Stansiyası və Bibiheybət qəsəbəsində poçt məntəqəsi yaradılıb.
Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi, 20-ci sahədə “Turac” uşaq bağçasında əsaslı təmir-möhkəmləndirmə işləri və 35 kilovoltluq yeni yarımstansiyanın tikintisi başa çatmaq üzrədir.
Hazırda rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. Bu gün Parlament prospektində “Alov qüllələri” kompleksinin, Badamdar qəsəbəsində “Oksford” məktəbi üçün yeni tədris korpusunun, “Cənub” mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Əhəd Yaqubov küçəsində Səbail rayon Prokurorluğu üçün 3 mərtəbəli yeni inzibati binanın, Badamdar qəsəbəsində 70 çarpayılıq Mərkəzi Xəstəxananın və yeni İdman Kompleksinin, Müasir İstedadlar Məktəbi üçün idman və yataqxana kompleksinin, Səbail rayon İcra Hakimiyyətinin həyətində 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi, 2 saylı şəhər Poliklinikasının əsaslı təmiri aparılır.
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində Neftçilər prospektindəki Əl Oyunları stadionunda əsaslı təmir aparılır.
“İçəri şəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi tərəfindən qədim Qala divarlarının restavrasiyası və Firdovsi küçəsində qala divarına bitişik sahənin abadlaşdırılması işləri başa çatdırılıb. Tahir Salahovun ev muzeyi təmir edilib, Marionet Teatrın binasının təmiri işlərinə başlanılıb. Qoruq ərazisində qəzalı vəziyyətdə olan binalarla bağlı məqsədyönlü işlər həyata keçirilir.
Səbail rayon İcra Hakimiyyəti tərəfindən Səlyan yolu boyunca “Şıx” ərazisində “Dostluq parkı”ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılıb, yeni torpaq qatı salınıb, 10000 kv.metr sahəyə yaşıl ot qatı salınıb, 15000 ədəd yeni ağac, 2000 ədəd dekorativ kollar əkilib, əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılıb. Bu ərazilərdə mütəmadi olaraq iməcliklər keçirilir və yaşıllıqlara qulluq göstərilir.
Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının, 20 Yanvar cəmiyyətinin qərargahlarının, eləcə də, “Şəhidlər Xiyabanı” kompleksinə xidmət göstərən qurumlar və həmçinin, yeni yaradılmış Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçün bir mərtəbəli inzibati bina tikilib, RİH tərəfindən binadakı təşkilat və xidmət sahələri hər cür lazımi inventarla təmin olunub.
Xiyabanda çalışan xidmət sahələri işçilərinin xahişi nəzərə alınaraq onlar üçün Badamdar qəsəbəsində 2 mərtəbəli, 10 mənzilli xidməti yaşayış binası tikilib, Badamdar qəsəbəsindəki qəbiristanlıqda dini ayinlərin yerinə yetirilməsi üçün tikili inşa olunub, buraya kommunikasiya xətləri çəkilib, tələb olunan ləvazimatla təmin olunub.
Şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilir. Badamdar qəsəbəsi Neftçilər döngəsi 5 və 7, Neftçilər küçəsi 1, 2 və 3, Tofiq Məmmədov küçəsində yerləşən 7 yaşayış binasının və Neftçilər prospekti 121 ünvandakı binanın üzlənməsi başa çatdırılıb, Bibiheybət yolunda hasarların rənglənməsi aparılıb, Səlyan şossesi boyunca istinad divarlarına aqlay daş döşənərək üzlənib.
Hazırda mərkəz ərazidə Ü.Hacıbəyov küçəsində yerləşən Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin binası, Neftçilər prospektində 111 və 131 saylı, Qurban Abbasov küçəsinin sonundakı 35, 76 və 78, Adil İsgəndərov küçəsi 1 və 3/5 saylı binaların, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarında yerləşən 16 mərtəbəli yaşayış binalarının, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi aparılır. Binaların təməlində möhkəmlətmə işləri görülüb, eyvanlar yenilənib və binalara aqlay üzlük vurulub.
İl ərzində əsas kuçə və prospektlərlə yanaşı, qəsəbədaxili və məhəllədaxili küçə və yolların da təmiri aparılıb, ümumilikdə isə 2013-cü il ərzində rayonda aparılan abadlıq-quruculuq işləri çərçivəsində 65.500 kvadrat metr sahəyə yeni asfalt örtüyü salınıb.
2012-2013-cü tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirib, onlardan 1279 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 927 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 119 nəfəri 500-dən yuxarı, 35 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlarından 88 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar.
2012-2013-cü təhsil ilinin yekununa görə 19 məzun qızıl medala layiq görülüb. (Keçən tədris il 11 nəfər qızıl, 2011-ci ildə isə 6 nəfər qızıl və 1 məzun isə gümüş medal qazanıb). Ali məktəblərə qəbul olunan 2 nəfər məzun Prezident təqaüdünə layiq görülüb.
2012-2013-cü təhsil ilinin yekununa görə “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində - 6 saylı tam orta məktəb və 160 saylı Klassik Gimnaziya artıq ikinci dəfədir ki, “İlin ən yaxşı müəllimi” müsabiqəsində isə rayonun orta məktəblərinin 6 müəllimi qaliblər sırasında olublar. Beynəlxalq Müəllim günü ərəfəsində ölkə Başçısının Fərmanına əsasən, Səbail rayonu təhsil işçilərindən 2 nəfəri - “Əməkdar müəllim” Fəxri adına və 4 nəfər isə “Tərəqqi” medalına layiq görülüblər.
2013-cü il ərzində Səbail rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirlər və təşkil olunan görüşlər zamanı hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 18500 olub.
İl ərzində həyata keçirilən işlərlə yanaşı Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra maraqlı və yaddaqalan tədbirlər təşkil edilib.
İl ərzində rayon Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun abadlaşdırılması, balansda olan bina və tikililərə xidmət göstərilməsi istiqamətində xeyli iş görülüb, yeni qaz xətləri çəkilib, yarımstansiyalar, transformatorlar quraşdırılıb, sayğaclaşma aparılıb, bununla da rayon sakinlərinin elekrtik enerjisi və təbii qazla təminatında müsbət dəyişikliklər baş verib.
2013-cü ildə ölkədə ən mühüm ictimai-siyasi hadisə olan Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı rayondakı hər iki seçki dairəsi üzrə seçkilərin Seçki Məcəlləsinə uyğun olaraq keçirilməsi təmin edilib, seçkilər tam şəffaf, ədalətli və demokratik keçirilib. 21-dən çox xarici ölkədən gəlib, ATƏT-in, Avropa Şurasının, MDB ölkələrinin və bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, həmçinin, yerli müşahidəçilər rayonda seçkinin gedişatını izləyib, heç bir qanun pozuntusu qeydə alınmayıb.
Seçki günü Səbail rayonu üzrə çox yüksək - 71 faiz seçici fəallığı qeydə alınıb, seçkilərdə iştirak edənlərin 86 faizi öz səslərini İlham Heydər oğlu Əliyevə veriblər.
Noyabr ayında “Aşura” mərasimi zamanı İçəri şəhər “Cümə” məscidində və Bibiheybət məscidində müxtəlif irsi xəstəlikdən əziyyət çəkən vətəndaşların ehtiyacları üçün qanvermə aksiyası təşkil olunaraq, ümumilikdə 422 nəfər könüllü qan verib, RİH-nin dəstəyi ilə 3 nəfər Həcc ziyarətinə göndərilib.
2013-cü il ərzində Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən rayon ərazisində 567 cinayət hadisəsi qeydə alınıb, onlardan 417-nın və ya 78,8 faiznin açılması təmin olunub. Həyata keçirilən profilaktiki tədbirlər nəticəsində baş verən cinayətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 fakt və ya 5 faiz azalıb.
Ağır və xüsusi ilə ağır cinayətlərin sayı da əvvəlki illə müqayisədə 61-dən 111-ə kimi artsa da onların 89-nun və ya 85,6 faiznin açılması təmin edilib, açılma faizi isə 74,0 faizdən 85,6 faizədək artaraq 11,6 faiz yaxşılaşıb.
Baş vermiş oğurluq cinayətləri 121-dən 137-ədək və ya 16 fakt artıb, onların 68-nın və ya 51,1 faiznin açılması təmin edilərək açılma faizi əvvəlki ilin müavifq dövrü ilə müqayisədə 48,7 faizdən 51,1 faizədək artaraq, 2,4 faiz yaxşılaşıb.
Hesabat dövrü ərzində axtarışda olan 91 cinayətkardan 62-nin və ya 68,1 faiznin tutulması təmin edilib, keçmiş illərdən axtarışda olan 33 nəfərdən 9-u və ya 27,3 faizi tutularaq məhkəmə və istintaq orqanlarına təhvil verilib. Ağır və xüsusilə ağır cinayətlərə görə axtarışda olan 29 nəfərdən 15-nin və ya 51,7 faizinin tutulması təmin edilib.
2013-cü il ərzində narkotiklərlə mübarizə sahəsində rayon ərazisində ümumilikdə aşkar olunmuş faktların sayı əvvəlki illə müqəyisədə 41-dən 78-ədək artıb. Aşkar edilmiş faktların 23-ü satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbul edilməsi ilə əlaqədar olub. Bunlardan 3 fakt üzrə külli miqdarda narkotik vasitələrin götürülməsi təmin edilib.
Aşkar edilmiş faktlar üzrə ümumilikdə 6 kq 413 qram narkotik maddə götürülərək dövriyyədən çıxarılıb. Dövriyyədən çıxarılmış narkotik vasitələrin 13,8 qramı heroin, 5,32 qramı həşiş, 140,17 qramı tiryək və 6 kq 253 qramı isə qurudulmuş marixuana olub.
İl ərzində aparılan tədbirlər nəticəsində 3 ədəd tapança, 1 ədəd pnevmatik tapança, 2 ədəd ov tüfəngi və 1 ədəd tank mərmisi aşkar edilib görürülüb.
2013-cü ildə rayon ərazisində ümumilikdə 233 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 21 nəfər ölüb, 85 nəfər isə xəsarət alıb.
Rayon ərazisində qeydiyyatdan keçən qaçqın və məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olub.
Hesabat məruzəsi ətrafında çıxış edənlər əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışıb, rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunub. Bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2013-cü ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edərək yüksək nəticələr göstərmiş 20 nəfər orta məktəb şagirdinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Şəmsəddin Hacıyev, Fuad Muradov, Dövlət Bayrağı Meydanı Kompleksinin rəisi Rəşad Məmmədov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32

