Kürdəmir Süd Kompleksində açıq qapı günü keçirilib
04.02.2014 [09:12]
Süd istehsalı kompleksinin istehsal sahələrini əyani şəkildə müşahidə edən KİV nümayəndələri, həmçinin, zavodda istehsal olunan məhsul növləri haqqında ətraflı məlumat alıblar
“Azersun Holdinq” MMC-nin tərkibində olan istehsal sahələrində keçirilən ənənəvi açıq qapı günləri davam edir. Növbəti belə tədbir bu günlərdə Kürdəmir Süd Kompleksində baş tutub. Belə ki, süd istehsalı kompleksinin istehsal sahələrini əyani şəkildə müşahidə edən KİV nümayəndələri, həmçinin, zavodda istehsal olunan təzə süd, uzunömürlü süd (UHT), pendir, qatıq, ayran və digər məhsul növləri haqqında mütəxəssislər tərəfindən ətraflı məlumat alıblar.
Jurnalistlərə məlumat verən “Azersun Holdinq” MMC-nin İctimai Əlaqələr və Sosial Xidmətlər Departamentinin rəhbəri Afiq Səfərov bildirib ki, Kürdəmir Süd Kompleksi Azərbaycanda günlük süd istehsal edən yeganə zavoddur: “Bizim istehsal siyasətimizin əsasında keyfiyyət dayanır. Ətraf mühitə əsaslanmayan məhsulların istehsalından uzaq dururuq. Bizim fəaliyyətimiz torpaqla bağlıdır”.
Kürdəmir Süd Zavodunun pilot layihə olduğuna diqqət çəkən A.Səfərov qeyd edib ki, layihə artıq özünü doğruldub. Onun sözlərinə görə, zavod Argentinanın texnologiyaları əsasında qurulub. Şirkət rəsmisi onu da bildirib ki, zavodun fermasında saxlanılan heyvanların daimi torpaqla təmasda olması təmin edilir: “Torpaqla təması kəsilməyən inəklərin südləri daha keyfiyyətli olur. Zavodun özünün sahəsi var. Heyvanlar mütəmadi olaraq orada otarılır”.
Rayon ərazisində belə bir zavodun fəaliyyətə başlamasını regionun fermer təsərrüfatının da canlanmasına təsir etdiyini deyən A.Səfərov bildirib ki, təsərrüfatlarda iribuynuzlu heyvanların sayı artıb: “Çünki artıq maldarlıqla məşğul olan fermerlərin südlərini satmaq üçün yerləri var”.
Sonra media nümayəndələri ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya ilə də tanış olub, burada istehsal olunan məhsulların son texnoloji laborator şəraitdə işlənməsi və süfrələrə gələnə qədər keçdiyi bütün prosesləri maraqla izləyiblər. Daha sonra jurnalistlər südlük heyvanların saxlandığı müasir anqar tipli tövlə və ferma ilə tanış olublar. Kürdəmir Süd Zavodunun direktoru Əmir Qaragözlü zavodun istehsal etdiyi süd və süd məhsulları, istehsal texnologiyaları və s. haqqında ətraflı məlumat verib. Bildirilib ki, bu layihənin əsas özəlliyi bəslənən heyvanların təbii şəraitdə, torpaqla daim təmas halında yemlənməsi və nəticədə zəngin tərkibli süd tədarük olunmasıdır: “Kürdəmir süd emalı zavodunda istehsal edilən bütün süd və süd məhsulları 100 faiz inək südündən əldə edilir və tamamilə təbiidir. Bizim özümüzün fermamız var. Bundan başqa, zavodun regionda 7 süd qəbulu məntəqəsi də fəaliyyət göstərir. Südün keyfiyyətinə nəzarət məqsədilə həm qəbul məntəqələrində, həm də zavodun özündə ciddi analizlər aparılır. Zavoda istehsal üçün gətirilən südlərin keyfiyyət analizləri tələblərimizə cavab vermədikdə, istehsala buraxılmır. Bizim məhsullar “İSO” standartlarına cavab verir”.
Onu da qeyd edək ki, mütəxəssislər təkcə uşaqların deyil, böyüklərin də sümük və əzələ möhkəmliyi üçün süd və süd məhsullarından gündəlik olaraq istifadə edilməsini tövsiyə edirlər. Hər bir insan gündəlik olaraq kalsium və fosfor qəbul etməlidir. Bunlar isə süd və süd məhsullarından əldə edilir. UHT(Ultra High Tecnology) süd: olduqca bahalı texnologiya ilə sterilizə edilərək (135C-də) gigiyenik şəraitdə steril tetrapak qutularda qablaşdırılaraq əldə edilən süd çeşididir. Tamamilə sterilizə edildiyindən və işıq, hava, qoxu keçirməyən tetrapak qablaşdırması sayəsində içindəki süd uzun müddət (4-6 ay) qala bilər. Təzə süd isə, təkcə içərisindəki mikrobların öldürülməsi üçün daha az temperaturda bütün vitamin və mineralları saxlanaraq pasterize edilən gündəlik olaraq istifadə üçün əlverişli süddür. 4 gün saxlama müddəti var.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

