Daşkəsən rayonunun ucqar dağ kəndi Qabaqtəpədə səyyar görüş keçirilib
11.01.2014 [09:54]
Daşkəsən rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində sakinlərlə səyyar görüşlərin keçirilməsinə başlanılıb. Səyyar görüşlər Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin, RİHB aparatının məsul işçilərinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə davam etdirilir. Dünən isə Qabaqtəpə kəndində belə görüşlərdən biri baş tutub.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev 4000-ə yaxın əhalisi olan Qabaqtəpə kəndində keçirdiyi səyyar görüşdə ölkəmizdə gedən böyük və sürətli inkişaf, quruculuq, abadlıq işlərindən, eləcə də Daşkəsəndə həllini gözləyən problemlərdən danışıb. Ə.Abıyev qeyd edib ki, Prezident İlham Əliyevin apardığı iqtisadi-sosial siyasət nəticəsində ölkəmizdə bütün sahələr üzrə əlverişli mühit yaradılıb: “Artıq Azərbaycan kosmos ailəsinin üzvüdür. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edib. Həm ölkə daxilində, həm də ölkəmizdən kənarda əldə olunan uğurlar beynəlxalq aləmdə razılıqla qarşılanır. Hər birinizə yaxşı məlum olan yol problemi, təbii qaz problemi bizi həmişə narahat edirdi. Amma bu gün Xoşbulaq-Qabaqtəpə-Astaf avtomobil yolunun əsaslı təmiri uğurla davam etdirilir. Azərbaycanda əlverişli sahibkarlıq mühiti yaradılmışdır”.
Ə.Abıyev deyib ki, “AKKORD” Şirkətlər qrupunun rəhbərliyi ilə danışıqlardan sonra Xoşbulaq-Qabaqtəpə-Astaf avtomobil yolunun əsaslı təmiri öz müsbət həllini tapıb.
Daha sonra Əhəd Abıyev bildirib ki, Prezident İlham Əliyev bütün regionlara olduğu kimi, Daşkəsənə və daşkəsənlilərə də böyük diqqət və qayğı göstərir: “Hamımız bu qayğını görür, dünya şöhrətli Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Onun şəxsində biz hər zaman düzgün yol göstərən, xeyirxahlığı təbliğ edən, dinclik, gələcək nəslin xoşbəxtliyi, firavanlığı naminə, bir sözlə, Şərqə günəş kimi doğan Azərbaycanımızın şöhrətinin günbəgün artırılması naminə düşünən, fəaliyyət göstərən əvəzsiz siyasi lideri görürük.
Bu il Daşkəsəndə daha 14 məktəbin tikintisi, ucqar dağ kəndlərinə gedən yolların əsaslı təmiri və tikintisi nəzərdə tutulmuşdur. Əmin ola bilərsiniz ki, möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində bu il də qeyd etdiyim böyük tikinti, quruculuq, abadlıq, yenidənqurma işləri davam etdiriləcəkdir. Daşkəsənin xoş gələcəyi vardır”.
Səyyar görüşdə çıxış edən kənd sakinləri görülən bütün işlərə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, “bu diqqət və qayğı bizi dövlət başçısının ətrafında daha sıx birləşməyə ruhlandırır”.
Kənd sakinləri, həmçinin, onları narahat edən digər problemlərlə bağlı təkliflərini, istək və arzularını Daşkəsən rayon İcra Hakimiyyəti başçısının diqqətinə çatdırıblar. Edilmiş təklif və müraciətlər isə yerindəcə öz həllini tapıb.
Səyyar görüşdə 10 nəfər gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35

