Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Xilasedici" komandası voleybol üzrə Azərbaycan çempionu olub

“Xilasedici" komandası voleybol üzrə Azərbaycan çempionu olub

18.04.2026 [21:38]

Aprelin 18-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final oyunu keçirilib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, final mərhələsində "Xilasedici" və "Ordu" komandaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən oyunun qalibi "Xilasedici" komandası olub. 3:1 (24:26, 25:16, 27:25, 25:21) hesabı ilə qalib gələn "Xilasedici" komandası turnirin çempionu, "Ordu" isə ikinci yerin sahibi olub.

Çempion komandaya kubok və medalları, habelə 2-ci və 3-cü yeri tutmuş komandalara medalları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Gömrük Komitəsinin sədri - Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, həmçinin digər rəsmilər təqdim ediblər.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31