Sərhədsiz ünsiyyət...
04.04.2026 [08:51]
İnternet sadəcə texnologiya yox, həyat tərzimizdir
Bir zamanlar yalnız xəyal kimi görünən “dünyanın bir-birinə bağlanması” ideyası bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnternet artıq sadəcə texnologiya deyil, ünsiyyətimiz, işimiz, öyrənməyimiz, hətta düşüncə tərzimizdir.
İnternetin faydaları...
İnternet sayəsində bir çox işləri yerimizdən tərpənmədən, evdən çıxmadan rahatlıqla həll edə bilirik:
- İnsanlar dünyanın müxtəlif yerlərindən bir-birilərilə heç bir vaxt itkisi olmadan əlaqə saxlaya bilirlər;
- Hər kəs istənilən məlumatı asanlıqla əldə edə bilir;
- Şagirdlər, tələbələr dərslərində onlayn iştirak edə bilirlər;
- Onlayn kurslar vasitəsilə istədiyimiz sahəni və ya dili rahatlıqla öyrənə bilirik;
- Ödəməli olduğumuz məbləğləri qarşı tərəfə köçürmək 2 dəqiqəmizi belə almır;
- Lazım olan məhsulu və ya geyimi sifariş edirik və 24 saat ərzində qapıya çatdırılır və s.
Bütün bunlara görə də internet bəşər tarixinin ən mühüm ixtiralarından biri hesab olunur. Doğrudur, internetin faydaları qədər gənc nəslin inkişafında ziyanının da olduğu söylənilir. İnternetdən səmərəsiz şəkildə istifadə edən hər kəs günlərini məhv edir. Lakin bütün günahı tam olaraq internetin üzərinə də yıxa bilmərik. Böyüklər, gənclər, uşaqlar - hər kəs internetdən pis və ya yaxşı, başqa sözlə, istədiyi şəkildə istifadə edir. Bu, onların öz seçimidir...
İnternet necə yaranıb?
İnternetin yaranma tarixi haqqında müxtəlif söyləntilər var. Məsələn, internetlə bağlı ilk fikirlərin Leonard Kleinroks adlı amerikalıya məxsus olduğu deyilir. O, 1961-ci il 31 may tarixində “İnformation Flow in Large Communication Nets” adlı məqaləsində internetlə bağlı fikirlərini bildirmişdi. 1961-1962-ci illərdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun əməkdaşları S. Liklayder və L. Kleykrok uzaq məsafədən kompüter əlaqəsinin yaradılması və paket kommutasiya ideyasının nəzəriyyəsini irəli sürdülər. Onların bu nəzəriyyəsi daha sonra ARPANET olaraq ortaya çıxdı.
İnternetin yaranması ilə bağlı başqa bir fikir də var. Belə ki, 1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ı müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı. Bunun üçün ilk öncə ABŞ-da yerləşən bütün radarların vahid şəbəkədə birləşdirilməsi işinə başlanıldı. Bunun üçün müxtəlif məntəqələrdə, Pentaqonda, Hərbi Hava Qüvvələri, Hava Hücümundan Müdafiə bazalarında və digər məntəqələrdə yerləşən kompüterləri vahid şəbəkədə birləşdirmək lazım idi. Bu işi görmək üçün ABŞ-ın ən yaxşı kompüter mütəxəssisləri bir araya gətirildi. Uzun illər davam edən gərgin əmək və çoxlu tədqiqatlardan sonra 29 oktyabr 1969-cu ildə ilk dəfə internet vasitəsilə mesaj göndərilmişdi. Bu tarix internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur. O zaman ancaq hərbi məqsədlə istifadə edilən internetin bütün insanların istifadə edə biləcəyi bir hala gəlməsində Vinton Cerf adlı riyaziyyat mühəndisinin xüsusi rolu oldu.
Vinton Cerf ötən əsrin 70-ci illərində universiteti yeni bitirmiş riyaziyyat mühəndisi idi. Gənclik illərində o, anadangəlmə eşitmə qüsurlu Karinneyə aşiq olur. Karinne eşitmədiyi üçün kimsəylə ünsiyyət qura bilmirdi. Kaliforniya Universitetində kompüterlərarası məlumat transferiylə məşğul olan Cerfin isə tək istəyi Karinneni xoşbəxt etmək idi. İnternet isə yalnız hərbi məqsədlə istifadə edilən bir sistem idi. Lakin Cerf kimi insanların sayəsində internet qısa müddətdə mülki sahədə də istifadə olunmağa başladı. Beləliklə, Cerf interneti Karinnenin də istifadə edə biləcəyi bugünkü halına gətirdi. Cerf deyirdi: “Bu gün həyat yoldaşım artıq universitetdə oxuyan oğlumuzla belə internet yoluyla danışa bilir. Kim bilir, bəlkə də interneti həyat yoldaşımı xoşbəxt edə bilmək üçün icad etmişəm”.
Amma unutmamalıyıq ki, internet güclü vasitədir və onu necə istifadə etdiyimiz gələcəyimizi müəyyən edir. Doğru informasiya yaymaq, rəqəmsal etikaya riayət etmək və təhlükəsizliyi qorumaq hər birimizin məsuliyyətidir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

