/ / Təhsil Nazirliyində “Gələcək nəsillərlə üz-üzə” Ümumrespublika inşa müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
Təhsil Nazirliyində “Gələcək nəsillərlə üz-üzə” Ümumrespublika inşa müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
05.11.2013 [09:28]
Noyabrın 4-də Təhsil Nazirliyində “Gələcək nəsillərlə üz-üzə” ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Minilliyin Layihəsinin Azərbaycan Bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə layihəsi olan və orta məktəblərin IX-XI sinif şagirdlərini, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrini əhatə edən “Gələcək nəsillərlə üz-üzə” inşa müsabiqəsi ölkəmizdə 2007-ci ildən həyata keçirilir.
AzərTAc xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, müəllimlərin, tələbə və şagirdlərin iştirak etdikləri mərasimdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin inkişafına daim böyük önəm verdiyini vurğulayıb.
Müsabiqənin əhəmiyyətindən danışan nazir qlobal çağırışların dəyərləndirilməsinin və gənc nəsil arasında öyrənilməsinin vacibliyini söyləyib.
Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova bildirib ki, dünyada gələcəyin araşdırmaları ilə məşğul olan tanınmış təşkilatlar arasında Minilliyin Layihəsi özünəməxsus yer tutur və qlobal uzunmüddətli strategiyaların erkən xəbərdarlıq və təhlili üçün gələcəyin tədqiqatları ilə məşğul olur.
R.Hüseynova hazırda dünyada Minilliyin Layihəsinin 46 bölməsinin olduğunu xatırladıb.
Eyni zamanda qeyd olunub ki, “Gələcək nəsillərlə üz-üzə” inşa müsabiqəsinə təqdim edilən yazılar müvafiq 15 qlobal çağırışa uyğun 15 mövzunu əhatə edib.
İnşa müsabiqəsinin əsas məqsədlərindən biri şagirdlərin və tələbələrin bu gün bəşəriyyəti narahat edən qlobal problemlərə olan baxışlarını, onların həmin problemlərin həlli üçün irəli sürdükləri təklif və fikirləri aşkara çıxarmaq olub.
İnşa yazılarının mütəxəssislər tərəfindən qiymətləndirilməsi nəticəsində 890 namizəd arasından 15 nominasiya (qlobal çağırış) üzrə I, II və III yerlərə layiq görülmüş 51 nəfər finala çıxıb. Onlardan 18-i tələbə, 33 nəfəri isə şagirddir.
Azərbaycanın bütün coğrafiyasını əhatə edən bu müsabiqənin finalçıları sırasında Bakı, Sumqayıt, Gəncə, İsmayıllı, Kürdəmir, Qax, Mingəçevir, Yardımlı, Xızı və Hacıqabuldan olan məktəblilərlə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Sumqayıt Dövlət Universitetinin tələbələri də təmsil olunublar.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ulu öndər Heydər Əliyevin gənclərə daim xüsusi diqqət və qayğı göstərdiyini xatırladıb, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıblar.
Müsabiqə qaliblərini təbrik edən natiqlər onlara yeni nailiyyətlər arzulayıblar.
Minilliyin Layihəsinin Meksika Bölməsinin sədri xanım Konsepsion Olavarrieta və Minilliyin Layihəsinin Tədqiqat Mərkəzinin direktoru Elizabet Floresku müsabiqə barədə fikirlərini diqqətə çatdırıb, onun yüksək səviyyədə təşkil olunduğunu söyləyiblər. Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

