Qəhrəman oğulların var, Vətən
29.10.2013 [09:32]
Şəhid gizir Aydın Abdullayev sübut etdi ki, onun kimi oğullar hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdırlar
İyirmi ildən artıqdır torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz zaman keçdikcə ərazilərimizin itirilməsi ilə barışacağımızı düşünürlər. Lakin düşmən bilmir ki, hər keçən gün bizim qəlbimizdəki torpaq nisgilini daha da alovlandırır, bu nisgil cəsur Azərbaycan əsgərini addım-addım qələbəyə kökləyir. Qələbəyə köklənən Azərbaycan əsgəri qanı, canı bahasına bu torpaqları azad etməyə hazırdır.
Hər an cənab Ali Baş Komandandan əmr gözləyən Azərbaycan əsgərinin nəyə qadir olduğunu isə növbəti dəfə şəhidlərimiz, Milli qəhrəmanlarımız Mübariz İbrahimov, Fərid Əhmədov bir neçə il bundan əvvəl gözlərini qırpmadan ölümə gedərkən göstərmişdilər. Və o kadrlar hələ də yaddaşımızdan silinməyib. O kadrlara baxan hər bir kəs xatırlayar ki, mənfur, qaniçən erməni faşistləri, hətta şəhid gizirimiz Mübariz İbrahimovun mübarək nəşinə yaxın düşməyə belə çəkinirdilər.
Bəli, igid Vətən oğulları bunu sübut etdilər. Və onlar bir əzmkarlıq, bir cəsarət məktəbi yaratdılar. Bu cəsarət məktəbinin ardıcılları isə əli silah tutan bütün Azərbaycan gəncliyidir...
Belə igid və cəsarətli gənclərimizdən biri də Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində şəhid olan, ordumuzun giziri, 1990-cı il təvəllüdlü Aydın Əmirsultan oğlu Abdullayevdir. Bir neçə gün öncə o, erməni snayperinin açdığı güllədən şəhid olub.
Vətən sağ olsun!
Qeyd edək ki, 26 oktyabr 2013-cü il tarixində Tərtər bölgəsində qəhrəmancasına həlak olan A.Abdullayev 2007-ci ildə Ali Hərbi Məktəbə imtahan versə də, müsabiqədən keçə bilməyib. Hərbi xidmətdən qayıdan A.Abdullayev bir müddət sonra Mübariz İbrahimovun qəhrəmanlığını eşidərək könüllü surətdə Müdafiə Nazirliyinin gizir kurslarına daxil olub və oranı bitirdikdən sonra cəbhə bölgəsinə yola düşüb.
Hərbi xidmətdə fəallığı ilə seçilən Aydın dəfələrlə mükafatlara layiq görülüb. Cəmisi 20 gün imiş ki, nişanlanıbmış. Bunları bizə şəhidin atası Əmirsultan kişi danışdı. Atası danışır ki, Bakı şəhəri Suraxanı rayonu 278 saylı məktəbi bitirən Aydın Abdullayev məktəbdə təhsil alarkən tərbiyəsi, əxlaqı ilə xüsusi ilə seçilib: “Bir dəfə də olsun, orta məktəbdə müəllimləri ondan mənə şikayət etməyiblər. Aydın dərslərini oxuyar, boş qalan vaxtlarında isə idmanla məşğul olardı. Dəfələrlə idman yarışlarında iştirak etmiş və fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Onu tanıyanlardan kimdən soruşursunuzsa soruşun, sizə yalnız bircə cavab verəcəklər: Aydından zərrə qədər də incikliyimiz olmayıb”.
Ata Əmirsultan kişi bununla yanaşı qətiyyən nikbinliyini itirmir: “Bu xəbəri eşidəndə hər nə qədər ağır olsa da, özümə toxtaqlıq verdim və dedim ki, təki Vətən sağ olsun! Vətəni Aydın kimi oğullar qorumalıdır. Onların sayəsində bu gün biz əmin-amanlıq şəraitində yaşayırıq. Mənim Aydından başqa iki oğlum var. Bu iki oğlumun ikisini də Vətən yolunda qurban verməyə hazıram, təki Vətən sağ olsun!”.
Söhbətimizə şəhid gizirimizin əmisi, uzun müddət hərbi həkim kimi fəaliyyət göstərən Əmircan Abdullayev də qoşulur: “Bir insanın nələrə qadir olduğunu görmək istəyirsinizsə, öncə onun yetişdiyi mühitə baxmalısınız. Aydın “duz çörək - düz çörək” devizi ilə yaşayan bir ailədə böyüyüb. Onun yetişməsində atasının verdiyi öyüdlərin çox böyük təsiri olub. O, göz açıb ailələrində vətənpərvər, dövlətçi bir mühit görüb. Aydın başqa necə olmalı idi ki? Hər zaman özü danışırdı ki, indiyə kimi üç erməni öldürüb. Və əlavə edirdi ki, biz erməni ilə döyüşməsək, kim gedib döyüşəcək? Vətəni oğullar qorumalıdır. Dünən və bu gün onun gizir həmkarları gəlib yas mərasimində iştirak edib, Aydının qəhrəmanlıqları haqqında danışanda fəxr və qürurla başımı dik tutdum. Öz - özümə “Belə oğlun da əmisi ağlayarmı” - sualını verdim. Cavabım isə “əsla və əsla” - oldu. Allah rəhmət eləsin! Neyləməli, Allah Prezidentimizə cansağlığı versin, Allah Vətənimizi, dövlətimizi qorusun!”.
20 gün öncə nişanı olan oğlan...
Qeyd etdiyimiz kimi, şəhid gizirimizin 20 gün öncə nişanı olubmuş. Aydın isə bu müddət ərzində imkan edib Bakıya gələ bilməyibmiş. Onunla bir yerdə xidmət etmiş baş gizir Taryel Əmiraslanov və Nazim Məmmədov hələ də baş verən hadisədən özlərinə gələ bilməyiblər. Baş gizir Taryel Əmiraslanov deyir ki, Aydın ermənilərə dağ çəkirdi: “Bəzən elə olurdu ki, postda yatırdı. Niyə aşağı düşmədiyini soruşanda isə deyirdi ki, niyə aşağı düşməliyəm? Ermənilər dəfələrlə onu vurmağa çalışsalar da, heç vaxt buna nail ola bilmirdilər. Çünki o, elə bil anadan olandan hərb üçün doğulmuşdu. Axırıncı atışma zamanı durmadan mövqe dəyişdirir, atəş açırdı. Bəlkə də, tək özü döyüşsəydi, onu vura bilməzdilər. Amma o, həm də yoldaşlarını da qoruyurdu axı. İnana bilmədik ki, onu vurublar. Nəinki, biz, hətta yer də, göy də inana bilmirdi ki, o, şəhid olub. Dünənki havaya fikir verdiniz də, yəqin! Son ana kimi yanında dayandım ki, bəlkə, ayılar. Amma yox, o, çoxdan şəhid kimi aramızdan ayrılmışdı. Allah rəhmət eləsin! Düşmən bilsin ki, biz onun qanını yerdə qoymayacağıq!”.
Döyüşçü dostları və yaxın qohumları ilə sağollaşıb mağardan çıxırıq. Və Aydının yaşadığı, böyüyüb boya-başa çatdığı, həmçinin, cənazəsinin qaldırıldığı mənzilə çıxırıq. Yol boyu bizi üçrəngli bayrağımız və tər qərənfillər müşayiət edir. Düzü, qəhər məni elə boğub ki, neçə mərtəbə belə qalxdığımızı xatırlamıram. Amma gəlib çatdığımızı bircə məqamdan anlayıram: üçrəngli bayraqların və tər qərənfillərin bitdiyi yerdən Aydının gülümsər çöhrəsi bizlərə boylanır və bizləri inama və qələbəyə səsləyir. İçəridə Aydının yaxınları oturublar.
Nə bir gözyaşı, nə də bir fəryad...
Ancaq və ancaq dözüm, mətanət və səbr oxunur üzlərdən...
Anası Sevil xanım sadəcə bircə cümlə deyir: “Aydın mənim oğlum deyildi ki... O, Vətənin idi...”
Xalası Esmira xanım danışır ki, həmişə yaşadığım Şabran rayonuna gəlirdi: “Deyirdi ki, xala, mən Vətəni qoruyuram. Mən sizi qoruyuram. Sonuncu dəfə bu ilin avqust ayında görmüşəm onu. İndi də şəkli gülümsəyir mənə. Amma eybi yox, Aydın sübut etdi ki, o, mərddir, cəsurdur və onun kimi oğullar olduqca Vətən işğal altında qala bilməz. Allah ona qəni-qəni rəhmət eləsin!”
Və sonda...
Aydın Abdullayevin yas mərasimində xanımlardan birinin dediyi bircə söz yaddaşıma həkk olundu: “Kaş, Aydının arzusu yerdə qalmasın! Kaş bir gün onun ruhu Qarabağın işğaldan azad olunma xəbəri ilə sevinsin!”
O günlər uzaqda deyil, Aydın!
O günlər uzaqda deyil, Əmirsultan əmi!
O günlər uzaqda deyil, Sevil ana!
Oktay
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

