Müqəddəs Qurban bayramı Səbail rayonunda qeyd olunub
18.10.2013 [09:16]
Müsəlman dünyasının ən əziz günlərindən olan Qurban bayramı Azərbaycanda son illərdə böyük təmtəraqla keçirilir.
AzərTAc xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonundakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibətilə qurbanlar kəsilməsi təşkil olunub. Keçirilən tədbirlərdən biri Bayıl yaşayış sahəsindəki “Bakı gecələri” restoranında təşkil edilən mərasim olub.
Rayonda fəaliyyət göstərən ağsaqqallar və veteran təşkilatları şuralarının, Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon təşkilatının, “Qızıl Aypara”, korlar, əlillər, Çernobıl əlilləri, 20 Yanvar Cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və “Sodrujestvo” Cəmiyyətinin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulayıb. O, rayonda həyata keçirilər sosial yönümlü işlər barədə məlumat verib. Bildirilib ki, bu işlərlə yanaşı, rayon sakinlərindən 3 nəfər həcc ziyarətinə göndərilib, Qurban bayramı ilə əlaqədar Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, İkinci Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 27 yataqxanada yığcam məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə, ümumilikdə, 5000-dən çox ailəyə qurban payları təqdim edilib.
Tədbirdə çıxış edən ictimai birliklərin, veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibətilə göstərilən yardımlara görə dövlətimizin başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Qurban bayramı ilə əlaqədar tədbirlər Badamdar və Bibiheybət qəsəbələrində, “Bibiheybət” ziyarətgahı və İçərişəhərdəki Cümə məscidində də keçirilib, daha sonra məscidlərdə imkansızlar üçün bayram süfrələri təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54

