Düzgün seçim edin!
05.07.2025 [08:11]
Qeyri-çimərlik ərazilər can alır...
Yay mövsümünü kiçikdən-böyüyə hər kəs səbirsizliklə gözləyir. Xüsusilə, bu aylarda insanlar istirahətə önəm verir, isti havalarda dənizə girərək sərinlənir və çimərliklərdə asudə vaxt keçirirlər. Lakin əyləncə və istirahətimizin xoş bitməsi üçün təhlükəsizliyimiz çox önəmlidir. Buna görə nəzarətsiz çimərliklərdən istifadə etməməli, eyni zamanda dəniz suyunda mikrobioloji çirklənmə səviyyəsi yüksək olan ərazilərə üz tutmamalıyıq.
Əhaliyə mühüm müraciət...
Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib.
Sözügedən müraciətdə deyilir ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də bəzi vətəndaşlar, o cümlədən, uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir. Bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Belə ki, yalnız son 2 həftə ərzində bu kimi qeyri-çimərlik ərazilərdə 7 nəfərin batması faktı qeydə alınıb.
Təhlükə yaradan hallar
Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.
FHN nələri tövsiyə edir?
Qeyd olunanlarla bağlı FHN bir daha əhaliyə, xüsusilə, valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə olunmamasına çağırır.
Ölümlərin 98 faizindən çoxu nəzarətsiz çimərliklərdə baş verir
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çimərlik mövsümü başlamadan əvvəl müvafiq qurumlar dəniz sahillərində monitorinq aparırlar: “Hər il bu çimərliklərin siyahısı kütləvi informasiya vasitələrində dərc olunur. İcazəsiz fəaliyyət göstərən çimərliklər insan həyatı üçün risklidir. Vətəndaşlar yalnız icazə verilmiş çimərliklərə üz tutmalıdır. Çünki bu ərazilərdə xilasetmə xidməti mövcuddur və çimmək daha təhlükəsiz sayılır. FHN-in tabeliyində olan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, onların nəzarətində olan ərazilərdə indiyədək bir nəfər belə boğulma halı qeydə alınmayıb. Əlverişsiz hava şəraitində və ya sərxoş vəziyyətdə çimərliyə getmək təhlükəlidir. Əgər küləyin sürəti saniyədə 10-12 metrə çatarsa, dənizə getmək planı təxirə salınmalıdır. Çünki dünya statistikası göstərir ki, boğulma hallarının 70 faizindən çoxu məhz hava şəraiti ilə əlaqəlidir. Bütün ölkələrdə çimərliklərdə təhlükəsizliyi təmin etmək məqsədilə tədbirlər gücləndirilir. Hər il dünya üzrə 400 minə yaxın insan suda boğularaq həyatını itirir. Bu ölümlərin 98 faizindən çoxu qeyri-rəsmi, nəzarətsiz çimərliklərdə baş verir”.
Ekspert əlavə edib ki, çimərlik sahəsi olan istənilən istirahət məkanında xilasetmə xidməti mütləq şəkildə fəaliyyət göstərməlidir: “Çimərliyin dövlətə və ya özəl şəxsə aid olması önəmli deyil. Hər iki halda sahilboyu ərazisi 100 metr olan çimərliklərdə ən azı bir, 200 metrlik sahələrdə isə iki xilasetmə heyəti fəaliyyət göstərməlidir. Təbii ki, bu xilasetmə xidmətinin sertifikasiyası da olmalıdır. Onlar ilkin tibbi yardım və xilasetmə üzrə təlimlərə qatılır, kifayət qədər təcrübəyə malik olurlar. Çimərlik sahibləri ərazidə təhlükəsizlik qaydalarını əks etdirən məlumat lövhələri yerləşdirməlidirlər. Eyni zamanda, üzmə sərhədlərini göstərən nişanlar quraşdırılmalıdır”.
Qeyd edək ki, paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və bu məkanlar çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib. Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, ümumilikdə, 75 çimərliyə nəzarət edir. Çimərlik mövsümü sentyabrın 15-də başa çatacaq.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18

