Qarabağ Universitetində AMEA Rəyasət Heyətinin iclası keçirilib
06.06.2025 [20:33]
Qarabağ Universitetində ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.
Akademiyadan bildiriblər ki, iclasdan əvvəl Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə AMEA-nın 80 illiyinə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək AMEA kollektivini 80 illiyi münasibətilə təbrik edib, elmi konfransın işinə uğurlar arzulayıblar.
AMEA-nın prezidenti İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində Qarabağın tədqiqi problemləri və Böyük Qayıdış hərəkatı” mövzusunda əhatəli məruzə ilə çıxış edib. Sonra Akademiyanın elmi-tədqiqat institutlarının direktorlarının ayrı-ayrı elmi istiqamətlər üzrə məruzələri dinlənilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən Qarabağ Universitetinin kitabxanasına 1200-dən çox kitab, eləcə də Akademiyanın təsisçilərinə və müasir inkişafına həsr olunmuş rəsm əsəri hədiyyə edilib.
Tədbirdən sonra akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri və şöbə müdirləri ayrı-ayrı auditoriyalarda Qarabağ Universitetinin tələbələrinə 13 ixtisas üzrə dərs deyiblər. Dərslərdən sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb və onlarla xatirə şəkilləri çəkdirilib.
Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və Akademiyanın elmi-tədqiqat müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
İsa Həbibbəyli iclası açaraq tədbirin Xankəndi şəhərində Qarabağ Universitetində keçirilməsini əlamətdar tarixi hadisə adlandırıb, Akademiya ilə Qarabağ Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının işığında Qarabağ Universitetində keçirilən konfransla birgə elmi əməkdaşlığa start verildiyini deyən akademik dövlətimizin başçısının Böyük Qayıdış hərəkatına, yeni şəraitdə elmin inkişafına Akademiya tərəfindən də mühüm töhfə veriləcəyinə əminliyini ifadə edib.
AMEA-nın prezidenti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 16 noyabr tarixli Sərəncamla bağlı bildirib ki, proqram üzrə nəzərdə tutulan bütün məsələlər uğurla yerinə yetirilib. Belə ki, işğaldan azad edilmiş ərazilərdə elmi-tədqiqat işlərinin əhatə dairəsi genişləndirilib, “Şuşa İli” çərçivəsində AMEA-da çoxsaylı monoqrafiya və kitablar, məqalələr nəşr edilib, elmi konfranslar keçirilib, sərgilər təşkil olunub.
Müvafiq dövr ərzində Qarabağda elmi tədqiqatların əsasən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən aparıldığını diqqətə çatdıran akademik arxeoloji qazıntılar zamanı mühüm tarixi əhəmiyyətə malik elmi nəticələr əldə olunduğunu bildirib.
Müzakirələrdən sonra məsələ barədə müvafiq qərar qəbul edilib.
Sonra Qarabağda və Şərqi Zəngəzurda kompleks elmi tədqiqatların aparılmasının təmin edilməsi haqqında məsələyə baxılıb. AMEA rəhbəri çıxış edərək bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən kompleks tədqiqatlar aparılmalı, paralel olaraq digər elmi istiqamətlər üzrə araşdırmalar təşkil edilməlidir. Tədqiqat üçün seçilmiş ərazilərdə arxeoloji qazıntı işləri ilə yanaşı, paralel olaraq toponimiya, etnoqrafiya, antropologiya, fəlsəfə, folkor, dilçilik, əlyazmalar, memarlıq, eləcə də seysmologiya kimi digər elm sahələri üzrə də araşdırmalar aparılmasının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli bütün elmi istiqamətlər üzrə kompleks tədqiqatların vacibliyini diqqətə çatdırıb, bu məqsədlə müvafiq tapşırıqlarını verib. Akademik İsa Həbibbəyli Böyük Qayıdışa dair növbəti II Dövlət Proqramının icrası dövründə fənlərarası əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetiriləcəyinin əhəmiyyətini vurğulayıb.
Məsələ ilə bağlı müzakirələrdə akademik Rasim Əliquliyev, müxbir üzv Qurban Yetirmişli, professor İlham Məmmədzadə, professor Nadir Məmmədli, dosent Fərhad Quliyev çıxış edərək təklif və mülahizələrini bildiriblər. Müzakirələrdən sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.
Müzakirəyə çıxarılan növbəti məsələ Qərbi Azərbaycan Ensiklopediyası sözlüyünün yekun variantının təsdiq edilməsi haqqında olub. Məsələ barədə çıxış edən İ.Həbibbəyli diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcması ilə birgə bir neçə dəfə sözlüyün müzakirəsi keçirilib və müəyyən dəqiqləşdirmələr aparılıb.
Geniş müzakirədən sonra Qərbi Azərbaycan Ensiklopediyasının təkmilləşdirilmiş yekun variantı təsdiq olunub. Materialların hazırlanması məqsədilə müəlliflər heyəti müəyyən edilib, icrası ilə bağlı tapşırıqlar verilib.
Sonra “AMEA-nın 80 illiyi” döş nişanının eskizləri müzakirəyə çıxarılıb və müvafiq eskiz seçilərək təsdiq edilib.
İclasda, həmçinin müasir dövrün çağırışlarına uyğun olaraq, daxili imkanlar və mövcud ştat vahidləri hesabına akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Rəqəmsal şərqşünaslıq, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Tətbiqi etnoqrafiya və kulinariya mədəniyyəti tarixi, Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz, eləcə də Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin bazasında Mərasim folkloru və milli kulinariya ənənəsi şöbələrinin yaradılması haqqında qərarlar qəbul olunub. Eləcə də Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda funksiyalarının yaxın olduğu nəzərə alanaraq, Şimali Qafqaz araşdırmaları şöbəsinin ləğv edilməsi və onun funksiyalarının institutun Qafqaz tarixi şöbəsinə verilməsi qərara alınıb. Eyni zamanda, Şəki Regional Elmi Mərkəzində Tarix və epiqrafika, həmçinin Arxeologiya və etnoqrafiya şöbələrinin yaradılması haqqında qərar qəbul edilib.
Müzakirələrdə akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov, Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev, “Elm” nəşriyyatının direktoru dosent Səbuhi Qəhrəmanov çıxış edərək təklif və mülahizələrini diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimov çıxış edərək AMEA ilə təmsil etdiyi ali təhsil müəssisəsi arasında qarşılıqlı elmi əməkdaşlıq əlaqələrinin perspektivlərindən danışıb.
Sonda Qarabağ Universitetinin fonunda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

