Mövsümün geyim tərzləri...
05.06.2025 [08:13]
Yayda kətan parçaların rahatlıq üçün əhəmiyyəti daha çoxdur...
İsti havalarda geyindiyimiz geyimlərin rəngi belə xüsusi önəm kəsb edir. Belə ki, insanlar yayda əsasən ağ rəngli və ya açıq rəngli paltar geyinməyə üstünlük verir. Bunun səbəbi isə odur ki, ağ rəng Günəş şüalarını əks etdirir və içinə çəkmir. Beləliklə də ağ rəngli paltar insan bədənini daha sərin saxlayır. Qarın günəş şüaları altında uzun müddət əriməməsinin səbəbi də budur.
Yay aylarında düzgün geyim qaydası ilə bağlı digər maraqlı məqam isə bədən nahiyələrinin qapadılmağa daha çox ehtiyac duyması ilə əlaqədardır. Bir çoxları belə olduqda sərinləyəcəklərini düşünsələr də, bu, yanlış fikir imiş...
Heç zaman dəbdən düşməyən, son illərin trendi olan kətan parçadan geyimlər yay fəsli üçün aktuallıq kəsb edir. Stil və sağlamlıq, gözəllik və təbiilik, rahatlıq və moda - kətan geyimlər bu xüsusiyyətlərin hamısını özündə birləşdirir. Kətan material hələ qədim zamanlardan istifadə olunub. Kətan bitkisi bizim eradan 4-5 min il əvvəl Hindistan, Çin, Misir və Zaqafqaziyada məlum olub. IX əsrin ikinci yarısı, XI əsrin ortalarında isə Azərbaycanda dünyada ən keyfiyyətlilərdən sayılan kətan parça istehsalı Şəki, Quba, Dərbənd və Qarabağda olub.
Bakteriyaların inkişafına mane olur
Kətan material çox dözümlüdür, dəfələrlə yuyulsa belə keyfiyyətini itirmir. Bundan başqa, kətan parça asan rənglənir və müxtəlif rənglərdə təklif olunur. Həm ekolojidir, həm də isti fəsillər üçün ideal materialdır, bədənə yapışmır, sərin saxlayır, nəmi tez udaraq quruyur, havalandırma, hipoalergenilik kimi xüsusiyyətləri var. Kətanın hiqroskopik, “nəfəs ala bilən” və antiseptik xüsusiyyətləri bakteriyaların inkişafına mane olmaqla xoşagəlməz qoxuların qarşısını alır.
Kətan paltarları necə yumalı?
Kətan parçadan geyimlər formasını itirmir, günəşdə solmur və daha yumşaq olur. Boyanmış kətan 40C-dən yüksək olmayan temperaturda, adi universal ağardıcısı olmayan yuyucu tozla yuyulmalıdır. Kətanı paltar yuyan maşının qurutma qurğusunda yaxud qurutma maşınında qurutmaq lazım deyil, çünki kiçilə bilər. Onu nəm vəziyyətdə və ən yüksək temperaturda ütüləmək lazımdır.
Kətandan nəinki köynək, şalvar, şort, tee (t-shirt), gödəkcə, pencək, kostyum, hətta papaq, şərf və digər məmulatlar da tikilir. Kətanı pambıq və yun ilə qarışdıraraq soyuq fəsillər üçün sviterlər də istehsal edirlər.
Yayda geyimlərimizin rəngini necə seçək?
Modelyer Şəlalə Kərimova “Yeni Azərbaycan”a bildirib ki, yay aylarında geyim seçərkən, parçanın materialına fikir vermək lazımdır. Onun sözlərinə görə, hətta parçanın materialı rənglərdən də önəmli rol oynayır: “Yaxşı olar ki, təbii materiallara - xüsusilə kətandan, çit parçadan hazırlanan geyimlərə üstünlük verilsin. Xüsusilə, yay aylarında sintetik tərkibli geyimlərdən qətiyyən istifadə etmək olmaz. Geyim seçərkən paltarın rənginə də fikir vermək lazımdır. Yayda daha çox qarışıq və al-əlvan tonlarda olan parçalara üstünlük verilməsi məsləhətdir. Bundan əlavə, güllü, açıq rəngli parçalar hər ilin yaz-yay aylarında dəbdə olur”.
Ağ rəng də sərinlədir...
Ş.Kərimova qeyd edib ki, bədənə oturmayan, gen-bol biçimdə olan geyimlər daha faydalıdır: “Yay aylarında açıq geyimlərdən istifadə etmək bir o qədər də məqsədəuyğun deyil. Çünki bu halda Günəş şüaları bədənə birbaşa nüfuz edir və bu, insan orqanizminə mənfi təsir göstərir. Yaxşı olardı ki, nisbətən qapalı geyimlərə üstünlük verilsin. Amma bu o demək deyil ki, tünd rəngli qapalı geyimlərdən istifadə edilməlidir. Açıq ağ rəngli tonlarda qapalı geyinmək orqanizm üçün daha faydalıdır. Çünki ağ rəng Günəş şüalarını geri qaytarır və nəticədə insan sərinləyir. Ultrabənövşəyi şüalardan qorunmaq üçün bu, ən əlverişli üsullardandır”.
Uzaq durun!
Modelyer, həmçinin bildirib ki, isti aylarda süni tərkibli parçalardan hazırlanan paltarları geyinmək olmaz: “Paltar seçimində çox açıq geyimlərin istifadəsi sağlamlıq baxımından da yolverilməzdir. Belə dövrlərdə daha çox havakeçirici paltarlardan istifadə edilməlidir. Bu mənada istər baş örtükləri, istərsə də digər geyimlər pambıq materialından olmalıdır ki, bədəni havalandıra bilsin. Süni tərkibli parçalardan mümkün qədər uzaq durmaq lazımdır. Yay aylarında geyim elə seçilməlidir ki, istinin orqanizmə neqativ təsirini minimuma endirə bilsin. Həmçinin, isti aylarda gigiyena qaydalarına da mütləq riayət edilməlidir. Sağlamlıq və infeksiyalarla mübarizə baxımından bu, önəmlidir. Dəri nə qədər nəfəs ala bilirsə, orqanizmə o qədər faydalıdır. Yay aylarında geyim tez-tez təzələnməlidir. Tərli və çirklənmiş paltarlar dəyişilməlidir. Çünki onlar infeksiya mənbəyi hesab olunurlar. Diqqətli olmaq lazımdır ki, neqativ halların qarşısını vaxtında almaq mümkün olsun”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42

