Onların daim qayğıya ehtiyacı var!
31.05.2025 [09:17]
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi GünüdürHəqiqi saflığı, təmizliyi görmək istəyiriksə, körpələrin gözlərinə baxmaq yetərlidir. Kiçik “mələklər”- məsum körpələr sanki insanlığı xilas etmək üçün yer üzünə gəliblər. Gəliblər ki, çöhrələrindən süzülən saflıqla dünyanın günahlarını əridib yox etsinlər, saflaşdırsınlar. Şirin kəlmələri ilə qəlbimizi sevindirib, üzümüzü güldürsünlər. Ona görə də uşaqların səsini ən gözəl nəğmə adlandıranlar heç bir pafosa yol verməyiblər.
Saxsıdakı bir çiçək belə yaşamaq üçün diqqət və sevgiyə ehtiyac duyduğu halda, bir uşağın sadəcə qarnının tox olması, isti bir evinin olması onun sağlam şəkildə böyüməsi üçün yetərlidirmi? Təbii ki, yox. Uzun illərdən bəri uşaqların məhəbbətə, diqqət və qayğıya hava, su qədər ehtiyacı olması barədə fikirlər səsləndirilib. Lakin elə məqamlar var ki, onların qarşısında acizik. Bir sıra xoşagəlməz hadisələr körpə fidanların sevincini əlindən alır, onları valideyn nəvazişindən ayrı salır. Bəzən də nadanlıq ucbatından uşaqlar öz doğma valideynlərinin himayəsindən məhrum olurlar. Bu günə kimi qəbul edə bilmədiyimiz və milli adət-ənənələrimizə, mentalitetimizə uyğun bilmədiyimiz uşaq evlərinin mövcudluğu ürəyimizi ağrıdır.
Artıq 70 ildən çoxdur ki, dünyanın əksər ölkələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən bu günün qeyd olunması qərara alınıb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir. Dövlətimiz hər zaman öz qayğısını uşaqlardan əsirgəməyib, körpələrin azad, firavan yaşaması üçün həmişə zəruri addımlar atılıb.
Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu ?ndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib.
Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanları da var. Məsələn, Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1999-cu ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ hüquqi aktlar təkmilləşdirilib. Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilib. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Ümummilli Liderin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır.
Sabah Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayramıdır. Nazim Hikmət demiş, gəlin dünyanı uşaqlara verək - heç olmasa bir günlüyə, bir neçə saatlığa...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41

