Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabirabadda keçirilən əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim edilib

Sabirabadda keçirilən əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim edilib

15.05.2025 [22:27]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq Filialı tərəfindən Sabirabad şəhərində əmək yarmarkası təşkil olunub.

Mil-Muğan Regional Məşğulluq filialından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarmarkaya 14 müəssisə tərəfindən, ümumilikdə, 100-ə yaxın boş iş yeri təqdim edilib. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 400-1280 AZN arasında olub.

Vətəndaşlar Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən Peşə hazırlığı istiqamətində də məlumatlandırılıblar.

Yarmarkada 165 işsiz və işaxtaran şəxs qeydiyyatdan keçib. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Paylaş:
Baxılıb: 303 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31