Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün Novruz şənliyi keçirilib
17.03.2025 [09:34]
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi nəzdində Ana dili həftə sonu kursunda Novruz şənliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova xalqımızın sevimli bayramı olan Novruz barədə danışıb, Vətəndən uzaqda milli adət-ənənələrin yaşadılması və gənc nəslə ötürülməsinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, Ana dili həftə sonu kurslarında iştirak edən uşaqlar Novruz ərəfəsində valideynləri üçün böyük həvəslə bayram proqramı hazırlayıblar.
Sonra kursun rəhbəri Yeganə Balamədova bayram proqramı barədə məlumat verib, Vyanada yaşayan soydaşlarımızı öz övladlarını daha fəal şəkildə Mədəniyyət Mərkəzi nəzdindəki həftəsonu kurslarına, rəsm və rəqs dərnəklərinə üzv yazdırmağa dəvət edib. Bildirilib ki, balacalar ana dilində şeir və mahnılar, eləcə də müxtəlif milli rəqslər öyrəniblər.
Sonra uşaqlar səhnəyə çıxaraq, Novruza həsr olunmuş mahnılar və şeirlər səsləndirib, milli rəqslər ifa ediblər. Bədii hissədən sonra uşaqlar və valideynləri bayram süfrəsinə dəvət edilib, uşaqlar üçün Novruza xas oyunlar təşkil olunub.
Azərbaycan Mədəniyyət Mərkəzində dil kursları iki istiqamətdə fəaliyyət göstərir. Avstriyada yaşayan soydaşlarımızın övladları üçün həftəsonu kurslarında Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və mədəni irsi barədə biliklər öyrədilir.
Filologiya üzrə fəlsəfə doktoru Yaqut Abdallanın rəhbərlik etdiyi kurslarda isə Azərbaycan dili xarici dil kimi tədris olunur. Əcnəbilər üçün Azərbaycan dili kursu Mədəniyyət Mərkəzinin təsis olunduğu 2013-cü ildən fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27

