/ / “Elm” qəzetinin akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb
“Elm” qəzetinin akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb
04.06.2013 [00:42]
Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının birgə təsisçiliyi ilə nəşr olunan “Elm” qəzetinin dünya şöhrətli Azərbaycan alimi, görkəmli ictimai xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı nəfis tərtibatda, rəngli formatda çapdan çıxıb.
AzərTAc xəbər verir ki, birinci səhifəsi taxıl zəmisinin fonunda böyük alimin rəngli portreti ilə başlayan qəzetin xüsusi buraxılışı akademiklər Əhliman Əmiraslanov və Qərib Məmmədovun birgə qələmə aldıqları “Biologiya elminin inkişafında Cəlal Əliyev zirvəsi” məqaləsi ilə açılır. Dərin analitik təhlilə, elmi araşdırmalara əsaslanan məqalədə böyük elm fədaisinin keçdiyi zəngin həyat yoluna işıq salınır.
Yazıda göstərilir ki, böyük alim Cəlal Əliyevin uğurlu elmi yaradıcılığının əhəmiyyətli hissəsi Azərbaycanda taxılçılığın inkişafına yönəlib. Qeyd olunur ki, 1954-cü ildə Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan bu böyük alimin seleksiyaçı intuisiyası, dərin nəzəri bilikləri, innovativ ideyaları, gərgin və məqsədyönlü əməyi, yeni intensiv tipli taxıl sortlarının yaradılması ilə nəticələnib. Bu gün Azərbaycan ilə yanaşı Gürcüstanda, Orta Asiya respublikalarında, xüsusən Türkmənistan və Özbəkistanda becərilərək yüksək nəticələr verən “Qaraqılçıq-2”, “Mirbəşir-50”, “Vüqar”, “Şiraslan-23”, “Tərtər”, “Bərəkətli-95”, “Əlincə-84”, “Ruzi-84” və başqa bu kimi bərk buğda sortları ilə böyük alim öz adını ölkəmizin əkinçilik tarixinə qızıl hərflərlə yazıb.
Xüsusi buraxılışda akademik Asəf Nadirovun “Elmin inkişafına sərf olunan həyat”, Azərbaycan Ağsaqqallar Şurasını sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun “Alim elminin müdriklik zirvəsi”, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin “Mənalı ömrün şöhrəti”, akademik Teymur Bünyadovun “Əzizim, dost mehribanım...”, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun “Akademik Cəlal Əliyevin elmi irsi bu gün daha çox aktualdır”, akademik Ağamusa Axundovun “Böyük insan, vətənpərvər alim və ictimai xadim” sərlövhəli yazılarında və digər görkəmli ictimai elm, ədəbiyyat və mədəniyyət xadimlərinin ürək sözlərində böyük alim Cəlal Əliyevin həyat və yaradıcılığı tam dolğunluğu ilə əks olunur.
Yubiley nömrəsində, həmçinin vaxtilə dünya şöhrətli alimin tələbələri olmuş və bu gün ABŞ-ın və digər ölkələrin elmi müəssisələrində uğurla fəaliyyət göstərən adlı-sanlı alimlərin öz sevimli müəllimlərinə ünvanladıqları yubiley teleqramları, eyni zamanda, görkəmli şəxsiyyətin mənalı həyatının böyük bir hissəsinin qırılmaz tellərlə bağlı olduğu Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun kollektivinin yubilyara təbrikləri al-əlvan fotoşəkillərin müşayiəti ilə verilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

