“Qışın oğlan çağı”...
05.02.2025 [08:23]
Kiçik Çillə haqqında bilmədiklərimiz
Fevralın 3-dən etibarən Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik Çillə başladı. Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük Çillə 40 gün, Kiçik Çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır. Böyük Çillə xoşqılıqlıdır, insana o qədər də ziyan vurmur. Kiçik Çillə isə daha sərt təbiətli və amansızdır.
Çillə əslində “cehl” sözündən olub qırx rəqəmini bildirir. El-oba arasında qışın ən soyuq dövrünə, uğursuz hadisələrə “çillə” deyilir və ağırlıq, çətinlik mənasında başa düşülür. Bir çox hallarda qışın əvəzedicisi kimi çillə sözü dərdə-bəla, ağrı-acı, çətinlik, müşkülat anlamındadır. Xalq arasında “çillə çəkmək”, “çillə tökmək”, “çillə kəsmək” deyimləri də var ki, həmin ifadələr əslində əzab-əziyyət çəkmək, dərd bəlanı tökmək, ağrı-acını, xəstəliyi, müşkülü kəsmək mənalarını daşıyır.
El arasında geniş yer alan “Qara qış”, Böyük Çillə, Kiçik Çillə kimi adlar təbiətin sərt iqliminin tarixi-semantik məzmun daşıyıcısı kimi ortaya çıxıb. Qədim təsəvvürlərdə qışın bir çox obrazlarına müxtəlif münasibətlər də ifadə edilir. Eyni zamanda estetik düşüncədə çillə şəxsləndirilir, onun boyu, buxunu, gücü, hikkəsi, ümumilikdə daxili aləmi, xilqəti barədə söz açılır.
Təbiətin sərt sınağı...
Qeyd etdiyimiz kimi, Kiçik Çillə, Böyük Çillədən fərqli olaraq daha sərt iqlim şəraiti ilə seçilir. El arasında qışın “oğlan çağı” sayılan kiçik çillənin ilk günlərində havaların mütləq kəskin soyuması müşahidə olunur. Belə ki, bu dövr amansız şaxtaları və sərt soyuqları ilə tanınır. Lakin insanların inamı belədir: “Üzü yaza gedən qışdan qorxmağa dəyməz”.
Bu dövrdə qeyd edilən ən əhəmiyyətli bayramlardan biri Xıdır Nəbi bayramıdır. İnanca görə, bu mərasim hər evdə, hər aildə qeyd olunmalı, məclis qurulmalı, süfrələr açılmalıdır. Xıdır, yaxud Xızır mifoloji düşüncədə əbədiyyət bəxş edən dirilik suyunu tapıb, içdiyinə görə peyğəmbərlik səviyyəsinə yüksələn “Nəbi” kimi qəbul edilib və xalqın şifahi yaddaşında müsbət, xeyirxah, insana uğur gətirən bir obraz kimi əks olunur.
“Xıdır Nəbi” mərasimi üç gün davam edir. Mərasimin birinci günü Xan Xıdır, ikinci günü Rəiyyət Xıdır, üçüncü günü isə Çillə Xıdır kimi qeyd olunur. Bu mərasim erkən əkinçilik təsəvvürləri ilə bağlı yaranan Novruzqabağı mərasimlərə daxildir və əsas amalı, məqsədi insanların qışdan salamat çıxmasını, üzləşdikləri çətinliklərə sinə gəlməsini, yazın gəlişini gözləməsini əks etdirməkdir.
Çillə ənənələrinin qorunması
Zamanla bəzi çillə adətləri unudulsa da, bu ənənələr Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Güney Azərbaycanda qorunub saxlanılır. Bu adətlərin yenidən dirçəldilməsi milli kimliyimizin bir parçasıdır və Azərbaycan xalqının zəngin irsini gələcək nəsillərə ötürməkdə mühüm rol oynayır. Çillə bayramları, ailəvi birlik, dostluq və təbiətlə harmoniya içində yaşamağın ən gözəl nümunəsidir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14

