Cəbrayıla 7-ci köç!
26.12.2024 [08:44]
Sakinlərin sayı 1096 oldu...
Keçmiş məcburi köçkünlərimizin Vətən həsrəti sona çatmaqdadır. Onlar öz doğma yurdlarına qayıdırlar. “Böyük Qayıdış” planı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri hər keçən gün sürətlənir. Bu gün öz sakinlərini yeni bir ab-hava ilə qarşılayan şəhərlərimizdən biri də Cəbrayıldır.
Cəbrayıla vurulan maddi və mənəvi ziyan...
Dörd il bundan əvvəl 27 il işğalda olan Cəbrayıl şəhəri azadlığına qovuşdu. Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçmək isə mümkün deyil... Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdı. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1050 kvadratkilometri əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.
Cəbrayılda mədəniyyət, elm-təhsil, maarif mühiti kifayət qədər zəngin idi. Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub.
Qeyd edək ki, Cəbrayılın yaşayış məntəqəsi kimi tarixi 8-ci əsrə bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıl rayonu yaradılıb və şəhəri də məhz həmin illərdə formalaşmağa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 ha, əhalinin sayı 5200 nəfər idi.
Bütün güclər səfərbər olunub...
Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Bildiyimiz kimi, işğal altında saxlanılan ərazilərimizdə dağıdılan yaşayış məntəqələri, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan yeraltı və yerüstü sərvətlərimizə qarşı olan vandallıq əməlləridir. Bu gün artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir, Azərbaycan öz ərazilərini bərpa edir. Ordumuz tərəfindən azad edilən Cəbrayıl şəhəri yeni dövrünü yaşıyır. Dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə yeni işıqlı həyata başlanılıb. Cəbrayılda çoxsaylı bərpa və quruculuq işləri görülüb və bu işlər yenə də sürətlə davam etməkdədir.
Cəbrayıla qayıdış...
Xatırladaq ki, Cəbrayıl şəhərinə ilk köç prosesi 26 sentyabr 2024-cü il tarixində gerçəkləşmişdi. Bu mərhələdə 36 ailə olmaqla, 117 nəfər doğma torpağına qovuşdu. Cəbrayıla ikinci köç sentyabrın 28-i (41 ailə, 124 nəfər), üçüncü köç sentyabrın 30-u (40 ailə, 123 nəfər), dördüncü köç noyabrın 7-i (30 ailə, 150 nəfər), beşinci köç noyabrın 29-u (40 ailə, 200 nəfər), altıncı köç isə dekabrın 2-si (34 ailə, 129 nəfər) tarixlərində baş tutub.
Daha 49 ailə yola salındı
Ötən gün isə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Cəbrayıl şəhərinə növbəti-yeddinci köç karvanı yola salınıb. Bu dəfə Cəbrayıla 49 ailə (253 nəfər) köçürülüb.
Beləliklə, Cəbrayıl şəhərinə köçürülən ailələrin ümumi sayı 270-ə (1096 nəfər) çatıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43

