Nazir müavini: Qarabağda yeni Milli Parkın yaradılması ilə bağlı işlər yekunlaşmaq üzrədir
09.12.2024 [12:23]
Qarabağ bölgəsi də biomüxtəlifliyin zənginliyi baxımından ölkəmizin çox unikal ərazilərindən biridir. İşğaldan azad olunan ərazilərimizdə yeni milli park yaradılacaq. Bu işlər artıq yekunlaşmaq üzrədir. Növbəti il biz bu milli parkın açılışını etməyi nəzərdə tutmuşuq.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Lənkəranda jurnalistlərə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, bu milli park işğaldan azad edilmiş Şuşa, Xocalı, Ağdərə və Kəlbəcər rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə edəcək. Nazir müavini xüsusilə qeyd edib ki, sözügedən ərazidə 4 dövlət təbiət yasaqlığı var - Arazboyu, Laçın, Qubadlı və Daşaltı yasaqlıqları.
“İşğaldan azad edilmiş ərazilərimizdə iki - Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqları mövcuddur. Artıq bu qoruqların fəaliyyətinin bərpası ilə bağlı layihə işlənilir. Ağdərə, Xocalı, Şuşa və Kəlbəcər rayonlarının ərazisində yeni milli parkın yaradılması ilə bağlı yeni konsepsiya var və aidiyyəti dövlət qurumları ilə razılaşdırma ərəfəsindədir. 2025-ci ildə həmin ərazidə milli parkın yaradılmasından məqsəd nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin mühafizə olunmasıdır. Bu ilin sonuna kimi Azərbaycanın digər ərazilərində də iki milli parkın yaradılmasını planlaşdırmışıq. Bunun biri Alazan çayı - Acınohur - Bozdağ - Axar-Baxar silsiləsi ərazisində olacaq. Burada yeni parkın şərti adı Bozdağ Milli Parkı olacaq. İkincisi isə, İlusu Dövlət Təbiət Qoruğunun bazasında İlusu Milli Parkı yaradılacaq”, - deyə nazir müavini əlavə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

